BolgeXeber.Com » Bölgə » İcra başçısının qalmaqallı videosu yayıldı

İcra başçısının qalmaqallı videosu yayıldı

6-03-2013, 09:45
Oxunub: 4 326 Gəncənin icra başçısı Elmar Vəliyevlə bağlı olduğu bildirilən skandal video yayılıb. Video barədə xəbəri və onun “Youtube” portalına yüklənmiş varinatını “avropa.info” saytı yayıb. Video “Youtube” portalına martın 4-də “Elmar Yevlaxda sahibkarı təhqir edir” başlığı yüklənib.
Sayt xəbər verir ki, Elmar Vəliyevlə bağlı maraqlı video görüntülər əldə edib. Həvəskar çəkliş olan bu video görüntülərdə Elmar Vəliyevin Yevlaxda icra başçısı olan zaman bir sahibkarla mübahisəsi öz əksini tapıb. Videoda icra başçısı sahibkarı təhqir edir. Sahibkar da icra başçısından geri qalmır. Mübahisə zamanı bəzi söyüşlər də səsləndirilir.
Sayt Elmar Vəliyevin də münasibətini dərc etməyə hazır olduğunu qeyd edir.