Torpaq uçqunu altında qalmış hər iki fəhlə xilas edildi
7-03-2013, 08:50
Oxunub: 6 552
Göyçay şəhərində aparılan tikintidə bədbəxt hadisə baş verib. APA-nın məlumatına görə, hadisə şəhərin Natəvan küçəsində qeydə alınıb. Həmin ünvanda Türkiyənin “Atinak” şirkəti tərəfindən kanalizasiya xətlərinin dəyişdirilməsi üçün qazılan quyunun yan divarlarının uçması nəticəsində həmin tikinti firmasında fəhlə işləyən Samir və Xaləddin adlı Azərbaycan vətəndaşları torpaq uçqununun altında qalıblar. Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerində xilasetmə işləri aparır. Uçqun altında qalan şəxslərin taleyindən hələlik xəbər yoxdur.
Hadisə nəticəsində Bakı-Şamaxı-Yevlax magistral yolu bağlanıb.
****
Musavat.com-un rayon sakinlərin istinadən verdiy xəbərdə isə bildirilir ki, fəhlələrdən biri uçqundan çıxarılıb, o, sağdır, rayon xəstəxanasına yerləşdirilib. Onların adları Xaləddin və Nemətdir. Onlardan biri Tovuz rayon sakinidir. Əlavə məlumatlar olduqca, paylaşacağıq.
****
Son xəbərdə bildirilir ki, Göyçay şəhərində tikintidə baş vermiş torpaq uçqununun altında qalmış iki şəxsdən biri xilas edilib. Uçqunun altından 1973-cü il təvəllüdlü Ağdaş rayon sakini Əhmədov Xaləddin çıxarılıb. X.Əhmədov 2 saat torpağın altında qalmasına baxmayaraq sağ-salamatdır. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Torpağın altında qalmış ikinci şəxsin 1992-ci il təvəllüdlü Tovuz rayon sakini Əliyev Nemətin xilas edilməsi istiqamətində tədbirlər davam etdirilir.
****
Son məlumata görə, Göyçay şəhərində tikintidə baş vermiş torpaq uçqununun altında qalmış ikinci şəxs də xilas edilib.
1992-ci il təvəllüdlü Tovuz rayon sakini Əliyev Nemət uçqunun altından yaralı vəziyyətdə çıxarılıb. N.Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər