Siyəzəndə kütləvi etiraz aksiyası
7-03-2013, 10:35
Oxunub: 5 599
Siyəsən Broyler”in yüzlərlə işçisi sosial tələblərlə İH binasına yürüş edib
Bu gün səhər saatlarında Siyəzən rayonunda kütləvi aksiya başlayıb. “Siyəsən Broyler”in yüzlərlə işçisi rayon icra hakimiyyəti binasının qarşısına yürüş edərək orda aksiya keçirib. Aksiya iştirakçılarının əsas tələbləri maaşlarının artırılması, əmək haqlarının kart sistemi ilə verilməsi, artıq iş saatının ləğvi olub.
Rayondakı mənbələrdən musavat.com-a daxil olan məlumatda bildirilir ki, icra başçısı aksiya iştirakçılarını sakitləşdirmək üçün onlara tələblərinin yerinə yetirilməsinə dair söz verib. Polisin iştirakı ilə camaatı avtobuslara mindirib İH binasının qarşısından uzaqlaşdırmaq istədikdə aksiyaçılar buna müqavimət göstərərək oradan uzaqlaşmaq istəmədiklərini bildiriblər.
Saat 10:30-da Siyəzəndəki mənbə bildirdi ki, aksiya iştirakçıları Siyəzənin mərkəzi küçəsi olan Heydər Əliyev prospektini bağlayıb yürüş keçiriblər.
Siyəzəndən aldığımız son məlumata görə, icra başçısı şikayətçilərin qarşısına çıxaraq, onlara "balam ölsün, üç gün ərzində problemləriniz həll edəcəyik" deyə söz verib və etiraz edənləri dağılışmağa çağırıb. Daha sonra polislər hərəkətə keçərək fəhlələri zorla avtobuslara dolduraraq broyler fabrikinə yola salıblar.
Şikayətçilər verilən vədin deyilən müddətdə yerinə yetirilməyəcəyi təqdirdə yeni etiraz aksiyası təşkil edəcəklərini bildiriblər.
Ən son məlumata görə, hakimiyyət orqanları fəhlələrin sosial tələblərlə keçirdiyi aksiyadan necə narahat olublarsa, yaxın rayonların - Quba, Xaçmaz və Şabranın polis şöbələrinin əməkdaşlarını səfərbər edərək Siyəzənə göndəriblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər