BolgeXeber.Com » Bölgə » Goranboyda aksiya keçirən fəhlələrdən şok etiraf-Fotofakt

Goranboyda aksiya keçirən fəhlələrdən şok etiraf-Fotofakt

8-03-2013, 13:25
Oxunub: 12 023 Onlar aksiyanın İcra Başçısım müavini tərəfindən təşkil olunduğunu deyirlər.

Məlum olduğu kimi bir neçə gün bundan öncə Göranboyda əmək haqqlarını ala bilməyən fəhlələr rayon İcra Hakimiyyətinin qarşısında aksiya keçirmişdilər. Goranboy rayon İcra Hakimiyyıtinin APA-ya verdiyi məlumata görə aksiyaya səbəb sahibkar Müqayis Verdiyevdir. İcra Başçısının dediyinə görə biz icra hakimiyyəti olaraq sahibkar Müqayis Verdiyevin pulunu ödəmişik. Lakin o fəhlələrin pulunu vermədiyi üçün fəhlələr aksiya keçirirlər.
Bu gün isə Tia.az-a bir qrup fəhlənin müraciəti daxil olub. Daxil olan müraciətdə deyilir ki, biz Müsqayis Verdiyevdən hec bir şikayətimiz yoxdur. Bizi ora İcra hakimiyyətinin müavini Baxış Abdullayev topladı. Və hamımıza telefon zəngi açaraq Icra Hakimiyyətinin qarşısına toplaşmağa göstəriş verdi.
Daha sonra fəhlələr qeyd edir ki, Müqayis Verdiyev kimi vətəninə, dövlətinə və Prezidentinə sadiq bir insanı həbs etdirmək düz deyil. “Yaxşısı budur ki, Nizaməddin Quliyevin oğlunun Mingeçevir bankındakı yeyintilərinə görə onu həbs etsinlər ”