Xaçmazın icra başçısı barədə də video var?
9-03-2013, 13:40
Oxunub: 5 685
Xaçmaz rayon icra başçısı Şəmsəddin Xanbabayevin obyektlərini satışa çıxardığına dair məlumat yayılmışıdı. aznews.az-ın yaydığı məlumatda deyilirdi ki, artıq Xudat, Nabran və Xaçmaz yollarının üzərindəki və icra başçısına məxsus olan obyektlərin satışa çıxarılması onun işdən çıxacağı ilə bağlıdır.
TİA.AZ-a daxil olan məlumatda isə deyilir ki, Xaçmazda vəziyyət artıq çox pisləşib. Sosial-iqtisadi problemlər içində boğulan rayonun sakinləri etiraz aksiyası keçirməyə hazırlaşır. Bunun üçün yetərli qədər səbəblərin olmasına rəğmən, əsas səbəbin də üzə çıxdığına dair iddialar var. Gələn xəbərlərdə vurğulanır ki, Şəmsəddin Xanbabayevin obyektlərini satışa çıxarması bu yaxınlarda keçirdiyi müşavirədə buraxdığı səhvlərlə bağlı olub. Rayon sakinlərinin iddiasına görə, icra başçısı həmin müşavirədə qəfil bir neçə xoşagəlməz ifadələr işlədib. Halbuki onun belə bir sözü dilinə gətirməsi kimsəyə inandırıcı gəlmir. Amma deyilənlərə görə, bu sözlərin deyildiyi kadrlar qeydə alınıb və yaxın vaxtlarda sosial şəbəkələr vasitəsi ilə yayımlanacaq. Deyilənlərə görə, əgər belə bir şey olarsa, Xaçmazda vəziyyət gərginləşərək, etiraz aksiyalarına çevriləcək.
Qeyd edək ki, analoji proses Qubada da baş vermişdi. Ötən ilin martında icra başçısının çıxışında işlətdiyi ifadələrdən dolayı rayon sakinləri ayağa qalxaraq, onun evini və obyektlərini yandırmışdılar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər