Saatlıda daha bir müəmmalı olay
9-03-2013, 20:40
Oxunub: 5 690
Saatlı Rayon Polis Şöbəsindən Bolgexeber.com-a verilən məlumata görə, bu gün saat 14.30 radələrində Saatlı rayonunun Musalı kənd sakinləri Ayəddin Əvəzov və onun oğlu, 1991-ci il təvəllüdlü İldırım Əvəzov ağac əkərkən naməlum şəxslərin hücumuna məruz qalıb.
Həmin şəxslər onların əkdiyi ağacları çıxararaq əllərində olan ağac, bel, bıçaq və tüfənglə ata və oğula müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Sükan arxasına əyləşən ata oğlu ilə birlikdə yaralı vəziyyətdə özünə məxsus “VAZ-2106” markalı avtomobillə xəstəxanaya gedərkən huşunu itirib və saat 15:00 radələrində Sabirabadın H.Əliyev prospektində başqa bir avtomobillə toqquşub. Yaralı vəziyyətdə olan ata Sabirabad Mərkəzi Rayon Xəstəxanasına, baş nahiyəsindən bellə bir neçə zərbə alan oğul isə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.
İldırım Əvəzov hazırda əməliyyat olunur. Həkimlər onun 6 bıçaq yarası və başından bellə iki küt zərbə aldığını bildirib.
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Musalı kəndində qəbiristanlıq dağıdılmışdı.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər