Bu gün Fəvvarələr meydanında etiraz aksiyasıdır (FOTOLAR)
10-03-2013, 13:15
Oxunub: 5 381
Bu gün "Əsgər ölümlərinə son" şüarı ilə keçiriləcək aksiyaya ilə bağlı polis Fəvvarələ meydanı və dənizkənarı bulvar ərazisini nəzarətə alıb. Əməkdaşlarımızın verdiyi xəbərə görə, Fəvvarələr meydanında McDonladsın arxasında və Kukla Teartının yaxınlığında xüsus polis maşınları, o cümlədən suvuran maşınlar saxlanıb. Ərazidə çoxlu sayda polis qüvvələri avtobuslarda oturub gözləyir, mülki geyimli təhlükəsizlik qüvvələri gözə dəyir.
Bu gün saat 15:00-da Fəvvarələr meydanında gənclərin “Əsgər ölümlərinə son” adlı aksiyası olacaq. Sosial şəbəkələrdəki fəal gənclərin təşkil etdiyi aksiyada orduda baş verən özbaşınalıqlara etiraz bildiriləcək. Gənclərin 12 yanvar aksiyasından sonra ordudakı vəziyyət yaxşılaşmaq əvəzinə, daha da faciəli duruma düşdü. Belə ki, son 2 ayda 16 əsgər itirdik.
Buna görə də gənclər 10 mart “Əsgər ölümlərinə son” aksiyasına qərar verdilər. Xatırladaq ki, aksiya ilə bağlı Facebook sosial şəbəkəsində “event” yaradılmışdı. Artıq 22000 min nəfər aksiyada iştirak edəcəyi ilə bağlı qərar verib.
Aksiya öncəsi hakimiyyət fəal gəncləri həbs etməklə qorxu mühiti yaratmağa çalışdı. Daha sonra Bakı Şəhər Icra Hakimiyyətinə ünvanlanmış müraciətlə bağlı Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı və “NIDA”-çı gənc Ziya Bayramlı Bakı Şəhər Baş Polis Idarəsinə çağırılaraq Idarənin rəis müavini Səhlab Bağırovdan xəbərdarlıq almışdılar. Gənclər isə Fəvvarələr meydanındakı aksiyanın təşkilatçısı olmadıqlarını, ancaq aksiyada iştirak edəcəklərini bildirmişdilər.
Aksiyanı bitərəf gənclər təşkil etsə də, siyasi partiyaların gəncləri və başqa gənclər təşkilatçıları da aksiyada iştirak edəcəklərini bildiriblər.
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı hesab edir ki, son həbslər gənclərin aksiyasına heç bir mənfi təsir göstərməyəcək. “Əksinə, hakimiyyətin bu cür reaksiyası gəncləri daha da fəal olmağa sövq edəcək. Sosial şəbəkələrdə insanların münasibəti onu göstərir ki, qorxu mühiti dağılmağa başlayıb. Hakimiyyətin ənənəvi repressiyaları heç bir effekt verməyəcək. Biz düşünürük ki, gənclərin bu aksiya tələbləri haqlıdır və əsgər ölümləri ilə bağlı faciəli tendensiyaya son qoymaq lazımdı. Biz də bu aksiyada fəal iştirak edəcəyik”- deyə Ə.Qurbanlı vurğuladı.
Müsavat Gənclər Komitəsinin sədri Tural Abbaslı bildirdi ki, hakimiyyətin ölkədə yaratdığı faciəvi vəziyyət, gəncləri aksiyalar keçirməyə məcbur edir. “Ənənəvi repressiyalar, hansısa inzibati həbslər bizləri qorxutmur, əksinə, ordudakı bu neqativ hallara etiraz etməyi özümüzə borc bilirik. Bu cür həbslər isə gənclərlə hakimiyyət arasında böyük uçurum yaradır. Daha Azərbaycan gəncliyini aldatmaq, qorxutmaq mümkün olmayacaq” - deyə T.Abbası əminliyini bildirdi.
Azad Gənclik Təşkilatının sədri Ülvi Həsənli də hesab edir ki, son həbslər öz məqsədinə çatmayacaq. “Düşünürəm ki, kifayət qədər kütləvi bir aksiya baş tutacaq. Hakimiyyət öz ənənəvi üsullarıyla gəncləri qorxuda bilmir, əksinə, onlarda rejimə qarşı nifrət yaradır. Bizim təşkilat da bu aksiyada tam tərkibdə iştirak edəcək”.
ADP Gənclər Komitəsinin sədri Cəmil Hacıyev də bu aksiyada fəal iştirak edəcəklərini bildirdi, eyni zamanda bütün ölkə gəncliyini də fəal olmağa, öz haqları uğrunda mübarizə aparmağa səslədi.
“NIDA” idarə heyətinin üzvü Turqut Qəmbər: “Dostlarımızın həbsi, aksiya ilə bağlı qərarlarımıza heç bir təsir göstərməyəcək. Bu həbslər bizdə qorxu yox, qəzəb hissi yaradır. Düşünürəm ki, 10 mart aksiyası Azərbaycan gəncliyini bir ideya ətrafında birləşdirəcək”.





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər