BolgeXeber.Com » Bölgə » V. Talıbovun rəsmi facebook səhifəsində villanın yandırılması xəbərinə münasibət bildirilib

V. Talıbovun rəsmi facebook səhifəsində villanın yandırılması xəbərinə münasibət bildirilib

11-03-2013, 15:40
Oxunub: 5 939 “Batabat yaylağında yerlәşәn bina Cәnab Sәdr Vasif Talıbova mәxsus deyil”
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun evinin yandırılması ilə bağlı məlumatlara aydınlıq gətirilib. Tia.Az xəbər verir ki, bu barədə V. Talıbovun rəsmi facebook səhifəsində münasibət bildirilib və yayılan xəbər təkzib olunub:

“Bәzi mәtbuat orqanlarında yer alan Şahbuz rayonunda, Batabat yaylağında yerləşən vә Cәnab Sәdr Vasif Talıbova mәxsus olduğu iddia edilәn binanın ötən şənbә yandırılması ilә bağlı olan informasiyalar tamamilә yalan vә әsassızdır.Yayılan xәbәrdә jurnalist qeyri-peşәkarlığı vә mәqsәdli yalan informasiya yaymaq istәyi açıq aydın görünür. Xәbәrlә bağlı iki mühüm mәqamı diqqәtinizә çatdırmaq istәyirik, Batabat yaylağında yerlәşәn bina Cәnab Sәdr Vasif Talıbova mәxsus deyil. O bina rәsmi qonaqlar üçün nәzәrdә tutulmuş qonaq evidir, iki hәmin binada hәr hansı bir yanğın baş vermәyibdir”.

Xatırladaq ki, “Azadlıq” qəzetinin yaydığı məlumatda bildirilirdi ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun Şahbuz rayonunda, Batabat yaylağında yerləşən villası ötən şənbə yandırılıb. “Bu barədə rayondakı mənbələrdən məlumat almışıq. Məlumatda deyilir ki, villa Batabatdakı üzən adası ilə məşhur olan gölün kənarında inşa edilmişdi.

Rayonda belə söhbətlər dolaşır ki, villa qəsdən yandırılıb. Bildirldiyinə görə, villanın yandırıldığı ona görə inandırıcıdır ki, bu aylarda orada yaşayış olmayıb və elektrik cərəyanı kəsili olub. Villa yalnız yaşayış olanda elektriklə təmin edilirmiş.
Məlumatda o da bildirilir ki, yanğınsöndürənlər villanın köməyinə çata bilməyiblər. Çünki hazırda Batabata gedən yol qarla örtülüdür və maşınların hərəkəti mümkün deyil. Bu səbəbdən də villa tamam yanaraq külə dönüb.