Sumqayıt notariusunda saxtakarlıq
12-03-2013, 14:20
Oxunub: 6 321
Qurumun rəhbərinin fəaliyyətinin araşdırılması üçün ölkə rəhbərliyinə müraciət olunacaq
Son illər Azərbaycan məhkəmələrində daha çox baxılan məhkəmə işləri arasında avtomobillərin qanunsuz ələ keçirilməsi və satışı ilə bağlı iddialar diqqəti cəlb edir. Bu məsələlərdə notariat kontorlarının da dələduzlarla əlbir olma halları az deyil. Bu barədə ölkə mətbuatında kifayə qədər materiallar dərc olunsa da nə Ədliyyə Nazirliyi, nə də müvafiq hüquq-mühafizə orqanları gözlənilən reaksiyanı nümayiş etdirmirlər. Bu liberallığın nəticəsi olaraq bir çox şəxsi mülkiyyətin fırıldaq yolu ilə ələ keçirilməsində notariat kontorlarının rəhbərləri də aktiv iştirak edirlər. Bu baxımdan Sumqayıt şəhər 1 saylı notariat kontorunun fəaliyyəti də xüsusilə diqqətəlayiqdir. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, həmin idarəyə rəhbərlik edən notarius Əbülfəz Bünyadov hətta bir neçə il bundan əvvəl dünyasını dəyişmiş vətəndaşların imzalarını belə maşın alqı satqısı zamanı təsdiq edə bilir. Yəqin bu vəziyyət Əbülfəz müəllimin məhz xüsusən “peşəkar” notarius olmasından irəli gəlir. Bizə təqdim olunan məlumatda bildirilir ki, Natariat rəhbəri dələduz Mais Bayramovla əlbir olub girovda olan mülkiyətşinin imzasını saxtalaşdıraraq maşını alqı satqı edərək cinayət əməli törədiblər. Ancaq buna baxmayaraq şəhər Prokroru tərəfindən bu cinayət əməlinə hüquqi qiymət verilməmişdir.
Mülkiyyətin sahibəsi bu məsələdə israrlı olduöunu və bu insanların məsuliyyətə cəlb olunmasından ötəri bizim vasitəmizlə Ölkə Başçısı İlham Əliyevə müraciyət edir və taptalanmış vətəndaşlıq hüquqlarının bərpasını istəyir.
Biz bu məsələ ilə bağlı müəyyən araşdırmalardan sonra həmin faktlardan ən “ibrətamizlərini” gələn saylarımızda sizlərə təqdim edəcəyik. Bizi izləyin..
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər