BolgeXeber.Com » Bölgə » Xudatda sərxoş polis bir küçənin sakinlərini söyüb biabır etdi-Yenilənib
Xudatda sərxoş polis bir küçənin sakinlərini söyüb biabır etdi-Yenilənib
30-03-2011, 18:50
Oxunub: 7 956

Biabırçı vəziyyət Xaçmaz rayon, Xudat şəhərində olub.
Xaçmaz rayon Polis Şöbəsinin Xudat şəhər Polis bölməsinin əməkdaşı Fərəcov Murad Abdulla oğlu polis formasında sərxoş halda yaşadığı Xudat şəhər Həzi Aslanov küçəsinin sakinlərini söyərək təhqir edib. Şəhər sakinlerinin Bolgexeber.com-a verdiyi məlumata görə küçənin sakinlərini əməlli-başlı söyüş atəşinə tutan bu polis nəfəri evlərinin işıqlarının kimsə tərəfindən söndürüldüyü üçün hirsini bütün əhalidən çıxmaq istəyib.
Martın 24-ü axşam saat 22:15 radələrində evlərinə sərxoş vəziyyətdə gələn polis nəfəri Həzi Aslanov küçə sakinlərini, həmçinin həmin küçənin 9 saylı mənzilində yaşayan, qapı qonşusu, Gülməmmədovlar ailəsini ifadəsi mümkün olmayan kəlmələrlə təhqir edərək, “onlar üçün polis idarəsində xüsusi ağac-dəyənək hazırlatdığını” deyərək bütün küçəyə bundan sonra qan ağladacağını deyib.Maraqlıdır ki,qonşular onu sakitləşdirmək üçün atası Fərəcov Abdullanı da çağırsalar da,sonradan peşman olublar.Beləki vaxtilə rayonda bir sıra vəzifələrdə çalışmış ata oğlunu sakitləşdirmək əvəzinə ona qoşularaq qonşularını başlarına oyun açacağı ilə təhdid edərək hədə-qorxu gəlmişdir.Fərəcov Muradın polis formasında olmasını,ağzına gələn kəlmələrlə küçə sakinlərini təhqir etməsinin polisə yaraşmayan hal olduğunu ona eyib tutan qonşusu Gülməmmədova Elmira isə sərxoş polisis və onun atasının hədəfinə çevrilib.Qız gəlinin yanında bu cür söyülüb biabır olunmasına dözməyən qadın saat 22:38 radələrində 102 xidmətinə zəng vuraraq vəziyyət barədə onları məlumatlandırmış və yardım istəmişdir.Bir qədər sonra hadisə yerinə gələn polis bölməsinin əməkdaşları vəziyyətin qarşısını ala biliblər və həmin günü zərərçəkənlər polis bölməsinə aparılaraq şikayət ərizələri alınıb.
Qeyd dək ki,bu bir neçə gündə polis idarəsindən heç bir səs çıxmadığını görən şikayətçi ayın 28-i saat 12:55 də bir də 102 xidmətinə zəng vuraraq polisin xidməti geyimdə,sərxoş vəziyyətdə etdiyi təhqirlərdən şikayətçi olduğunu bildirsə də onun müraciətinə baxılmadığını bildirmişdir.
Vəziyyətlə bağlı qarşı tərəflə əlaqə qura bilməsək də,küçə sakinlərinin sözlərinə görə adıçəkilən polis nəfəri artıq bu cür adətlərə vərdiş edib.Vaxtaşırı olaraq evə sərxoş gələn Fərəcov Murad küçə sakinlərini daim söyüb təhqir edir.Qeyd edək ki,baş verənlərlə bağlı küçə sakinlərinin rayon prokurorluğuna müraciət edəcəyi gözlənilir.
P.S Qeyd edək ki, bu məsələ ilə bağlı artıq rayon prakrorluğuna vətəndaşlar tərəfindən şikayət olunub. Rayon prakrorluğu da bu məsələni araşdırmağa başlayıb və yazıda adıgedən polis işcisi haqda qnunda nəzərdə tutulan tədbirlər görəcəyinə söz verib.
P.S.S Mövzunu diqqətdə saxlayacağıq /Cəmil/
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər