BolgeXeber.Com » Bölgə » Şamaxı rayonunda məktəb direktoru yaşını kiçildərək özünü necə cavanlaşdırdı?

Şamaxı rayonunda məktəb direktoru yaşını kiçildərək özünü necə cavanlaşdırdı?

12-03-2013, 14:25
Oxunub: 4 573 Şəhər 2 saylı tam orta məktəbin direktoru İslam Baxşıyev əmək məcəlləsinin 70-ci maddəsinin “C”, 72-ci maddəsinin isə “A” bəndinə əsasən işdən azad olunub.Amma bir müddətdən sonra kecmiş icra başcısına,indiki 1-ci müavin Qasım Qasımov və rayonun deputatı Elxan Süleymanova külli miqdarda pul verərək yenidən öz işinə qayıtdı.Hamıya aydındır ki,dövlət orqanlarında yaş həddi 65-dir.Amma onun 65 yaşının olması işinə qayıtmağına əngəl yaratdığı üçün o daha bir cinayətə əl ataraq öz yaşını 1 yaş kiçildərək 64 etmişdir.O,1948-ci ilin yanvar ayında anadan olmasına baxmayaraq,təvəllüdünü dəyişdirərək 1949-cu il hansısa ayı etmişdir.İndi bu araşdırılmalıdır ki,Şamaxı rayon qeydiyyat şöbəsi bunu necə və nəyə əsasən edib,onun yaşını necə kiçildib?Bu qədər özbaşınalığın arxasında duran kimdir?Bu cinayəti törədən insan axı necə olur ki,tədris müəssisəsinə rəhbərlik edir.Bu şəxsə havadarlıq edən əsas şəxs isə icra başçısının 1-ci müavini Qasım Qasımovdur.Onun da bir çox cinayətlərdə adı çəkilir.Bu şəxs haqqında 1994-ci ildə Şamaxı Rayon prokrorluğunda cinayət işi açılıb.Səbəb isə 4 nəfər Qarabağ əlilinin evlərini satıb pulunu mənimsəmişdir.Onların şikayəti əsasında o işdən azad olunmuşdur. Bundan əlavədə Qasım Qasımovun bir çox cinayətlərdə və dövlət əlehinə işlərdə adı hallanır.Onun haqqında şok xəbərləri sizlərə mütamadi olaraq göndərəcəyik.Yeni icra başçısına ona inanmamağa və onu işdən azad etməyini bir çox şəxslər bildirsələr də başçı hələ ki, əhaliyə qulaq asmır.Amma icra başçısıda unutmur ki,seçki ilində,belə bir insanla işləməylə və ona qulaq asmaqla həm özünü həmdə dövlətimizi gözdən salmış olur.Bunu sizə çoxsaylı rayon ağsaqqalları və ziyalılar adından yazırıq.Sizlərdən də xahiş edirik ki,bunu ictimailəşdirəsiniz.