BolgeXeber.Com » Bölgə » DYPİ niyə vətəndaşların sorğusuna cavab vermir?

DYPİ niyə vətəndaşların sorğusuna cavab vermir?

13-03-2013, 15:05
Oxunub: 6 432 Baş Dövlət Yol Polisi İdarəsinin başı deyəsən çox qarışıqdır. Nəyə? Bax bu barədə dəqiq bir söz deyə bilməyəcəyik. Ən azı qərəzli görünəcəyindən ehtiyat edirik.

Məsələ belədir. Bizimxeber.az-ın əməkdaşı sürücülük vəsiqəsinin verilməsi ilə bağlı yaranmış bir problem ətrafında araşdırma aparmaq qərarına gəlib. Redaksiyada bu barədə söhbət zamanı məsələnin tezliklə həllini tapacağına inansaq da, DYP bizim saydığımızı saymadı.
Yəni, DYP-nin sürücülük vəsiqəsinin verilməsinə cavabdeh olan Şirvan şəhəri 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsi ilə əlaqə saxlamaq, Barak Obamaya zəng edib, onunla danışmaqdan daha çətin olub. Bu idarənin telefonları ya daimi “duuud” çağırışı verir, yaxud da “hörmətli abunəçi, xətt məşğuludur, xahiş olunur bir az sonra zəng edin”… Xətt isə aylarla məşğuldur.

Məcbur qalıb DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlamaq istədik. Heç olmasa onlardan hansısa dürüst bir cavab alacağımız ümidi ilə etdiyimiz cəhdlərimiz yenə eyni sonucu verdi. Burada da heç bir əlaqə telefondan yararlana bilmədik. Belə ki, sözügedən dövlət qurumuna da saatlarla edilən zənglərə cavab olaraq xəttin məşğul olduğu bildirilir. Çox güman ki, vətəndaşların şikayətləri və üzləşdikləri problemlərlə bağlı müraciətlərinə cavab verməmək üçün Baş DYP nömrələrini xüsusi proqrama qoşub.

Bundan sonra artıq Şirvanda olanlara nəsə deməyə adamın üzü də gəlmir. Axı nə deyəsən? Bir qurumun ki, baş idarəsi işləmir, aşağıdakılardan hansı üzlə və haqla iş ummaq olar? Hörmətli Ramiz Zeynalov, Ramiz Hüseynovun “iş keyfiyyətini” görəndən sonra hansısa Vüqar Məmmədyarova irad tutmağın yeri varmı?
O zaman ortaya başqa suallar çıxır. Niyə Ramiz Zeynalov işləmir? Vətəndaşların hüquqları pozulacağı halda üz tutmalı olduğu qurum yetkililəri hansı prinsiplə, günün, həftənin hansı saatlarında iş başında olur ki, onlardan cavab ala bilək? Bəlkə hər xırda bir iş üçün birbaşa Ramil Usubova müraciət etməliyik? Bu effekt verəcəkmi? Yoxsa, bunun üçün də prezident barmaq silkələməlidir?

O ki qaldı Şirvan şəhəri 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəhbəri Vüqar Məmmədyarova, onun əvvəllər harada və necə işlədiyi, hansı səbəblərdən, qanunsuz əməlləri ucbatında rayon polis rəisi vəzifəsindən uzaqlaşdırılaraq, Şirvana “sürgün” edildiyi barədə yaxın saatlarda geniş material veriləcək.