BolgeXeber.Com » Bölgə » Göranboylular İlham Əliyevdən kömək istəyir

Göranboylular İlham Əliyevdən kömək istəyir

13-03-2013, 15:25
Oxunub: 5 040 -Göranboyun icra başçısı Nizaməddin Quliyevin özbaşınalıqlarından yerli əhali dövlət başçısı İlham Əliyevdən imdad diləyir. Və mütamadi olaraq rayon sakinlərindən redaksiyamıza Göranboy padşahı Nizaməddin Quliyevin rayonda özbaşınalıqları barədə məlumatlar daxil olur. Bu gün "AzeriNews.org" vasitəsilə rayon sakini Aytən Verdiyeva Nizaməddin Quliyevin yerli əhaliyə zülmünün qarşısını alınması üçün prezident İlham Əliyevə mürəciət edib. Müraciəti olduğu kimi dərc edirik:
"Cənab Prezident
Müqayis Verdiyevin təzyiqlərə məruz qalmasının səbəbkarı Goranboyun icra başçısıdı. İş adamı Goranboy rayonunda bir sıra işlər görüb və nəticədə İcra Hakimiyyəti ilə aralarında 256 min manatlıq borc yaranıb. Həmin pulu istəyən Müqayis Verdiyev bundan sonra icra başçısının qəzəbinə gəlib. Pulu vermək istəməyən icra başçısı onu rayonda iğtişaş yaratmaqda ittiham edib. Göranboyda əmək haqqlarını ala bilməyən fəhlələr rayonda aksiya keçirtməyiblər. Onları birinci müavini Baxış Abdullayev əməkhaqqlarımızı verəcək adı ilə icra hakimiyyətinin qarşısına yığıb və hədələyərək mobil telefonlarımızı yığdı məcbur etdi ki, prokurorluğa gedib şikayət edək. Nəticədə onlar şikayyət etməmişdir. Müqayis Verdiyev kimi vətəninə, dövlətinə və Prezidentinə sadiq bir insanı həbs etdirmək düz deyil. Müqais Verdiyevin həbs olunduğunu anası eşidən kimi beyninə qan sızaraq vəfat etmişdir. Məlumat üçün bildiririk ki, Goranboy şəhərində tikinti-quraşdırma işləri tenderdə qalib gəlmiş «Fəqan-Xidmət»dir. Rayonda əksər tikinti işlərini aparan isə Müqais Verdiyevdi. Goranboy Rayonu icra başçısı rayonda sabitliyi pozmaq və budcədən ayrılmış 1300 000 (bir milyyon üçyüzmin) manat gizlətmək üçün ciddi səy göstərir".