BolgeXeber.Com » Bölgə » İcra başçısının daha bir qohumu həbs edilib

İcra başçısının daha bir qohumu həbs edilib

17-03-2013, 08:25
Oxunub: 5 267 Korrupsiyaya Qarşı Mübarizə Idarəsi Göygöldə lisey müdirini tutub
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidovun daha bir yaxın qohumu həbs edilib. Rayondakı mənbələrdən Moderator.az-a daxil olan xəbərdə deyilir ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi icra başçısının qudasının oğlu İsmayılov Fəxri Fikrət oğlunu korrupsiya ittihamı ilə həbs edib. Fəxri İsmayılov rayondakı liseyin direktorudur. Qeyd edək ki, hələ bir neçə gün əvvəl icra başçısının yaxın qohumlarından biri olan Vəliyev Vüqar Tarix oğlu da rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan dəstənin üzvü kimi həbs edilib.