BolgeXeber.Com » Bölgə » Siyəzəndə nə baş verir?-Foto

Siyəzəndə nə baş verir?-Foto

18-03-2013, 16:55
Oxunub: 7 592 Bu gün mətbuatda Siyəzəndə baş verən daha bir məlumat yer alıb.

Həmin məlumatda rayonunun "Su Kəməri" qəsəbəsindəki Quşçuluq fermasında güclü yanğın olduğu barədə fermanın sahibi Xəqani Eldarovun iddialarına yer verilib. Onun sözlərinə görə yanğın zamanı fermada 11 min 500 baş və 1 aylıq cücə olub. Onlardan 10 mini yanaraq kül olub. Sağ qalan toyuqlar isə ölürlər.

Bu xəbərin mətbuatda işıqlanmasından təxminən 1 saat sonra pia.az-a daha maraqlı məlumat daxil olub. Hələlik adının açıqlanmasını istəməyən Siyəzən sakini bildirib ki, bir müddət əvvəl Siyəzəndə baş verən etiraz aksiyası ilə bu yanğın arasında əlaqə var. Onun iddiasına görə bu gün yanan fermanının sahibi “Siyəzən Broyler”inin bazarına girmək üçün onun işçilərini ayağa qaldıraraq aksiya keçirməyə təşəbbüs edib. Rayon İcra Hakimiyyətinin, xüsusilə də icra başçısının etirazçılarla apardığı danışıqlardan sonra ara sakitləşsə də, tərəfləri aralarında güclü rəqabətdən yayındırmaq mümkün olmayıb. “Siyəzən Broyler” rəhbərliyi etirazı təşkil edən şəxsin Xəqani Eldarov olduğunu bir neçə gün bundan əvvəl dəqiqləşdirməyə müəssər olub. Bu gün də ona məxsus 400 kv.m. əraziyə malik quşçuluq fermasında güclü yanğın baş verib. Bütün bunların təsadüf olmadığını bildirən mənbə, sonda onu da bildirib ki, hazırda rayonda bu məsələ ciddi səs-küyə səbəb olub.

Məlumatı dəqiqləşdirmək məqsədi ilə Siyəzən Rayon Fövqəladə Hallar idarəsi ilə əlaqə yartdıq. İdarəsən telefonumuza cavab verən xanım bildirdi ki, bu barədə məlumat vermək səlahiyyəti yoxdur.

Qeyd edək ki, Martın 7-də səhər saatlarında “Siyəzən Broyler” Səhmdar Cəmiyyətinin 500-dən çox işçisi Siyəzən rayon İcra Hakimiyyətinin qarşısında etiraz edib. Həmin aksiyada işçilərin əsas tələbiəmək haqqının azlığı və vaxtında ödənilməməsi idi.