Masallıda Novruz bayramı qeyd olundu
19-03-2013, 18:35
Oxunub: 5 339
19 mart 2013-cü il tarixdə Masallı rayon İcra hakimiyyəti başçısı aparatının qarşısındakı meydanda xalqımızın ən gözəl bayramı olan Novruz bayramı münasibətilə ümumrayon tədbir keçirildi.
Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, rayonun ziyalıları, ağsaqalları və minlərlə rayon sakini iştirak etdi.
Rayon icra Hakimiyyətinin başçısı Rafil Hüseynov əvvəlcə milli adət ənənələrimizi özündə əks etdirən əl işləri və milli mətbəximizlə tanış oldular.
Əvvəlcə tədbir iştirakçılarını Dədə Qorqud və Bahar qızı salamlayaraq xalqımızın gözəl bayramı olan Novruz bayramı münasibətilə təbrik etdi.
Sonra Kosa və Keçəlin yumoristik səhnələri və eyni zamanda da körpə fidanlara öz Novruz hədiyyələrini verməsi, oyunbazların göstərdiyi oyunlar, xoruz döyüşləri bayram əhvalında bəzədilmiş fayton, idmançılarımızın meydanda öz idman növlərini təqdim etmələri, və yumurta döyüşləri şənliyə xüsusi rəng qatdı.
Tədbirin sonunda N.Gəncəvi adına Masallı şəhər Mədəniyyət evinin özfəaliyyət kollektivinin və “Halay” rəqs qrupunun iştirakı ilə geniş konsert proqramı təqdim olundu.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər