BolgeXeber.Com » Bölgə » Bərdə Regional Mədəniyyət İdarəsinin kollektivi Novruz bayramı ərəfəsində şəhid ailələrinin qonağı olub
Bərdə Regional Mədəniyyət İdarəsinin kollektivi Novruz bayramı ərəfəsində şəhid ailələrinin qonağı olub
19-03-2019, 10:22
Oxunub: 6 064
Bərdə Regional Mədəniyyət İdarəsinin kollektivi Novruz bayramı ərəfəsində Bərdə rayonunda məskunlaşan şəhid ailələrinin qonağı olub.
Bərdə Regional Mədəniyyət İdarəsi hər bayram və əziz günlərdə olduğu kimi, Novruz bayramında da şəhid ailələri unudulmayıb. Belə ki, Regional idarənin təşkilatçılığı ilə Bərdə rayonu ərazisində yerləşən şəhid ailələri ilə görüşlər təşkil olunub, onların yaşadıqlıqları evlərə baş çəkilərək ailə üzvlərinə bayram sovqatı verilib.
Görüşlər zamanı şəhidlərimizin həyat yolundan söz açılıb, bugünki azad və suveren bir ölkədə yaşamağımız məhz onların şücaətinin nəticəsi olduğu qeyd olunub. Şəhid ailələri isə öz növbələrində onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Bərdə Regional Mədəniyyət İdarəsinin rəsi müavinin Validə Nabatova şəhid ailələrinin qonağı olarkən bildirib ki, “Onlar bizim aramızda olmasalar da, hər zaman bizim qəlbimizdə əbədi olaraq yaşayırlar. Şəhidlərimizin adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək isə bizim hər birimizin vətəndaşlıq borcumuz, ən əsas vəzifəmizdir. Çünki onlar bu millət, bu torpaq uğrunda canlarından keçiblər”.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi Bərdə rayon filialının sədri Etibar Hüseynova öz növbəsində Novruz bayramı münasibətilə şəhid ailələrini səmimi qəlbdən təbrik edib, onlara ən xoş arzularını bildirərək bol ruzi və bərəkət arzulayıb.
Qeyd edək ki, bu cür görüşlər regional idarə üzrə Mingəçevir və Yevlax şəhərlərində, o cümlədən Tərtər rayonunda da davam etdirilir.
Bolgexeber.com




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər