BolgeXeber.Com » Bölgə » Cəlilabadda dəhşətli qətl- YENİLƏNİB

Cəlilabadda dəhşətli qətl- YENİLƏNİB

24-03-2013, 12:10
Oxunub: 5 127 Cəlilabad Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə martın 24-ü saat 2.00 radələrində baş verib.

Cəlilabad şəhəri, 20 Yanvar küçəsi, 63 ünvanında yaşayan 1985-ci il təvəllüdlü Nahidə Mirzəbala qızı Quliyeva, onun iki azyaşlı qızı - 2009-cu il təvəllüdlü Mədinə Məzahir qızı Quliyeva və 2011-ci il təvəllüdlü Nuray Məzahir qızı Quliyeva naməlum şəxs və ya şəxslər tərəfindən iti alətlə boğaz nahiyələrindən xəsarət yetirilməklə öldürülüblər. Qətldən sonra ev yandırılıb.

Qoşular və yanğınsöndürənlər Nahidə Quliyeva və Nuray Quliyevanın meyitlərini evdən çıxara bilsələr də, Mədinənin meyiti yanaraq tanınmaz vəziyyətə düşüb.

Qeyd edək ki, N. Quliyevanın həyat yoldaşı, 1978-ci il təvəllüdlü Məzahir Səmədağa oğlu Quliyev ailəsindən ayrılıb, hazırda ayrı yaşayır.

Cəlilabad Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisənin Cəlilabad şəhər sakini, 1981-ci il təvəllüdlü Vüsal Mirzəkişi oğlu Quliyev tərəfindən törədildiyi müəyyən olunub. V. Quliyevin qətli Nahidə Quliyeva ilə aralarında olan şəxsi münaqişə zəminində çoxsaylı zərbələri ilə törətdiyi bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7 (qətl) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxsin axtarışları davam etdirilir.

***
09:45

Rayon Polis Şöbəsinin növbətçi hissəsindən verilən məlumata görə, hadisə martın 23-də saat 23.30 radələrində Cəlilabad şəhəri, 20 Yanvar küçəsi, 63 ünvanında yaşayan, 1978-ci il təvəllüdlü Məzahir Səmədağa oğlu Quliyevə məxsus fərdi yaşayış evində qeydə alınıb.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlərin səyləri nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın nəticəsində ümumi sahəsi 144 kv.m olan 3 otaqlı evin 1 otağı içindəki məişət avadanlıqları ilə birlikdə yanaraq yararsız hala düşüb.

Hadisə yerinin təhqiqatı zamanı ev sahibinin 2 yaşlı qızı Mədinə Quliyevanın yanmış cəsədi aşkarlanıb. Yanğının başvermə səbəbləri təhqiqatlardan sonra bəlli olacaq.

Faktla bağlı araşdırma aparılır.