BolgeXeber.Com » Bölgə » Xudatda kücələr bərbad vəziyətdədir

Xudatda kücələr bərbad vəziyətdədir

3-04-2011, 08:15
Oxunub: 7 055
Xacmazda kücələr bərbad vəziyətdədir

Şəhərdə ümummilli lider Heydər Əliyevin adını daşıyan küçə digər kücələrdən fərqlənmir

Xudat şəhərinin mərkəzində yerləşən Heydər Əliyev küçəsində yaşayan 29a və 29b binasının sakinləri artıq 8 aydır ki, zibil və ifunət iyindən öz evlərinə girə bilmirlər. Əlliyə yaxın mənzilin yerləşdiyi bu ünvanda yüzlərlə sakin dəfələrlə müraciət etdiklərinə baxmayaraq həyətlərindəki zibilxanaların yığışdırılmasına nail ola bilmirlər. Bu ifunətlə dolu həyətdəki insanlar demək olar ki,hər gün bu murdar qoxunu dadmaq məcburiyyərində qalsalar da yerli qurumlar tərəfindən heç bir tədbir görülmür. Bunun səbəblərini aydınlaşdırmaq üçün inzibati ərazi nümayəndəsi ilə əlaqə saxladıq. O da öz növbəsində ərazinin təmizlənməsində məsul olan Dostluq MMC-nin rəhbəri Hüseynbala Poladov adıçəkilən əraziyə göndərdi.

Hüseybala Poladov baş vermiş natəmizliyin günahını kommunal xərcləri ödəmək istəməyən əhalidə olduğunu söylədi. Onun söylədiklərinə görə, hər iki binanın sakinləri 10 ildən yuxarı müddətdir ki, kommunal xərcləri ödəmirlər və hətta ödəmək də istəmirlər. Buna görə də ərazinin təmizlənməsi həyata keçirilmir.

Binanın sakinləri isə elə oradaca bildirdilər ki,üzərlərinə düşən vəzifənin öhdəsindən gəlmədikləri üçün bu quruma pul ödəmək fikrində deyillər.Çünki sakinlərin dediyinə gorə dəfələrlə adı çəkilən quruma pul ödəsələr də lakin nəticə eyni olmuşdur. Buna görə də yerli sakinlər yalnız ətrafın zibil və tör –töküntülərdən təmizlənəcəyi təqdirdə pul ödəyəcəklərini bildirirlər.

Bir sıra məqamları aydınlatmaq üçün olay yerinə gəlmiş Xudat şəhər Mənzil Kommunal Təsərrüfat xidmətinin mühasibi Çimnaz Nəsrullayeva da Dostluq MMC-nin rəhbəri Hüseynbala Poladov təsdiqləsə də, mühasibat sənədlərinə nəzər yetirəndə məlum oldu ki, ərazidə yaşayan bir qadından başqa hamısı vaxtlı-vaxtında ödəyibmiş.

Qeyd edək ki, Xudat şəhərinin hal-hazırdakı zibil problemi artıq təkcə Heydər Əliyev küçəsi deyil və bu barədə mütəmadi olaraq materiallar təqdim edəcəyik./Cemil/