BolgeXeber.Com » Bölgə » "Artıq 10 000 000-luq ölkənin vətəndaşıyam" adlı inşa müsabiqəsi üzrə beş dəqiqəlik təqdimat
"Artıq 10 000 000-luq ölkənin vətəndaşıyam" adlı inşa müsabiqəsi üzrə beş dəqiqəlik təqdimat
17-04-2019, 18:17
Oxunub: 5 932
17.04.2019-cu il tarixindəHacıqabul rayon Heydər Əliyev Mərkəzində "Artıq 10 000 000-luq ölkənin vətəndaşıyam" adlı inşa müsabiqəsi üzrə beş dəqiqəlik təqdimat keçirildi
Tədbirdə Mədəniyyət, Təhsil, Gənclər və İdman idarəsinin əməkdaşları, məktəblilər iştirak etdilər. Əvvəlcə Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva tədbiri giriş sözü ilə açdı, Azərbaycan xalqını on milyon olması münasibəti ilə təbrik etdi, müsabiqənin şərtləri haqqında məlumat verdikdən sonra Mərkəzin baş fond mühafizi Məhəmməd İsayev, Gənclər və İdman idarəsinin əməkdaşı Bəsti Zərbaliyeva çıxış etdilər. Bir-bir Hacıqabul şəhər məktəblərinin müsabiqədə iştirak edən şagirdləri mövzu üzrə çıxışlar etdilər. Sonda Münsiflər heyyətinin qərarı ilə I yerə 8 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin VI sinif şagirdi Mənsimova Xədicə Zeylik qızı, II yerə I saylı tam orta məktəbin IX sinif şagirdi Babayeva Xədicə Kamal qızı, III yerə 9 saylı tam orta məktəbin IX sinif şagirdi Məmmədli Nərmin Bəxtiyar qızı laiq görüldü. Qaliblərə Gənclər və İdman idarəsinin Diplomları təqdim olundu.
Bolgexeber.com

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər