BolgeXeber.Com » Bölgə » Hacıqabul rayonuna həsr olunmuş qısa tarixi oçerkin müzakirəsi keçirilib
Hacıqabul rayonuna həsr olunmuş qısa tarixi oçerkin müzakirəsi keçirilib
2-05-2019, 14:06
Oxunub: 5 560
1 may 2019-cu il tarixdə Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Respublika Mədəniyyət Nazirliyinin ölkənin digər mədəniyyət regionları kimi, Sabirabad regionu (Sabirabad, Saatlı və Hacıqabul rayonları və Şirvan şəhəri) üçün də nəzərdə tutduğu kitabın Hacıqabul rayonuna aid hissəsinin müzakirəsi keçirildi
Tədbirdə rayon mədəniyyət müəssisələrinin rəhbəri, rayon Gənclər və İdman İdarəsinin rəisi, şəhər orta məktəblərinin tarix və ədəbiyyat müəllimlərinin bir qrupu, rayon kitabxanaçıları, Mərkəzin əməkdaşları, eləcə də ictimaiyyətin nümayəndələri iştirak etdilər.
Sabirabad Regional Mədəniyyət İdarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi Elnir Əmiraslanov kitab barəsində ümumi məlumat verdikdən sonra Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi, kitabın Hacıqabul rayonuna aid hissəsini hazırlamış Məhəmməd İsayev təqribən 50 səhifəlik mətn barəsində ətraflı danışdı, rayon ərazisindəki tarixi abidələrdən bəhs edərkən onların rəngli şəkillərini və barələrindəki məlumatları monitorda əyani olaraq nümayiş etdirdi.
Kitabın müzakirəsində əməkdar tarix müəllimi, 4 saylı orta məktəbin müəllimi İradəTəhməzova, 9 saylı məktəbin dil-ədəbiyyat müəllimi Afət Piriyeva, “Hacıqabul” qəzetinin müxbiri Nazim Zeynalov, eləcə də veteran tarix müəllimi Mübariz Xəlilov iştirak etdilər.
Müzakirələr nəticəsində kitabı bir qədər də təkmilləşdirmək qərara alındı və gələcəkdə Hacıqabulla bağlı ayrıca kitabın nəşri nəzərdə tutuldu.
Bolgexeber.com



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər