BolgeXeber.Com » Bölgə » Bakı-Quba yolundakı körpü qəzalı olduğundan bağlanıb

Bakı-Quba yolundakı körpü qəzalı olduğundan bağlanıb

29-03-2013, 09:10
Oxunub: 5 391 Bakı-Quba yolunda təhlükəli vəziyyət yaranıb, hərəkət dayandırılıb
Bakı-Quba yolundakı, Sumqayıt - H.Z. Tağıyev qəsəbəsi yolunun 7-ci kilometrində yerləşən körpü avtomobillərin hərəkəti üçün təhlükəli olduğundan bağlanılıb. Bu barədə Trend-ə hadisə yerində olan şahidlər məlumat verib. Şahidlərin məlumatına görə, Sumqayıt - H.Z. Tağıyev qəsəbəsi yolununn 7-ci kilometrində yerləşən körpüdə avtomobil hərəkəti dayandırılıb. Hal-hazırda "Azəryolservis" ASC-nin mütəxəssisləri körpünü yoxlayırlar.
Körpü Sumqayıt çayı üzərində salınıb.