BolgeXeber.Com » Bölgə » Yardımlı rayon icra hakimiyyətinin başçısı Kürəkçi kənd sakinləri ilə görüş keçirmişdir
Yardımlı rayon icra hakimiyyətinin başçısı Kürəkçi kənd sakinləri ilə görüş keçirmişdir
18-05-2019, 09:54
Oxunub: 9 755
Görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə müəsissə və təşkilat rəhbərləri, kənd sakinləri, KİV-nin nümayəndələri iştirak etmişdir
RİH-nin başçısı Ayaz Əsgərov kənd əhalisini salamlamış, son illərdə ölkəmizin sosial- iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermişdir. Bildimişdir ki, Ümummilli Liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu yaxınlarda cənab Prezidentin minimum əmək haqqının, pensiyaların, tələbələrin təqaüdlərinin artırılması Müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərdən, eləcədə 12 mindən çox şəhid vərəsəsinə 11 min manat birdəfəlik vəsaitin ödənilməsindən, problemli kreditlərlə bağlı verdiyi sərəncamlardan , əhalinin sosial müdafiyəsinin daha da gücləndirilməsi ilə bağlı təkliflər paketinin hazırlanması barədə vətəndaşlara geniş məlumat vermişdir.
Səyyar görüş-qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev vətəndaşları dinlədi. Qəbul zamanı vətəndaşlar tərəfindən əsasən qaz, elektrik dirəklərinin təmiri, kənd yolunun əsaslı təmiri, ünvanlı sosial yardımın təyin olunması ilə bağlı məsələlər qaldırıldı. Həlli münkün olan məsələlər icrası məqsədi ilə aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verildi. Vətəndaşların qaldırdığı həlli müəyyən vaxt tələb edən məsələlər isə icra olunmaq üçün nəzarətə götürüldü.
Görüşdə kənd sakiləri ölkədə olan sabitliyə, əminəmanlıqa, vətəndaşlara göstərilən diqqətə, rayonumuzda eləcə də kəndlərdə görülən işlərə görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.
Bolgexeber.com




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər