Göyçayda kollecdə testdənkənar tələbə qəbul olunur
1-04-2013, 13:05
Oxunub: 5 216
Göyçay İdarəetmə və Texnologiya Kollecində yer almış neqativ hallara dair şikayət məktubları redaksiyamıza daxil olmaqda davam edir.
Materiallarda qeyd olunmuşdu ki, kollecin direktoru Xəlil Orucovun yol verdiyi özbaşnalıqlar və qanun pozuntuları uzun müddətdir ki, hətta Təhsil Nazirliyinin diqqətindən dəböyük məharətlə yayındırılmışdır. Təhsil sahəsində həyata keçirilən islahatlar və ölkədə aparılan korrupsiyaya qarşı mübarizə tədbirləri fonunda X.Orucov tərəfindən bu gün də qanunsuz tələbə qəbullarının reallaşdırılması faktı kollec direktorunun bu “əməliyyat sistemini” yüksək səviyyədə təkmilləşdirə bildiyindən xəbər verir. Yeni əldə etdiyimiz məlumatlarda da təsdiq olunur ki, Xəlil Orucov rəhbərlik etdiyi təhsil müəssisəsinə qeyri-qanuni tələbə qəbulunu əsasən kollecin Kürdəmir filialı vasitəsilə həyata keçirir. Bu maxinasiyalarda isə onun əsas yardımçısı filialın direktoru Şərbala müəllim şəxsən özüdür. Lakin, bu müəllimlərin fəaliyyəti sadəcə bu maxinasiyalarla nəhayətlənmir. Bizətəqdim olunan məlumatlarda bildirilir ki, qış sessiyasında da tələbələrdən növbəti dəfə rüşvət alınıb. Bu rüşvətin miqdarı isə bütün fənn imtahanları daxil olmaqla təxminən 250-300 manat civarında olub. İmtahanlarda uğursuzluğa düçar olan tıələbələrdən hər kəsiri “düzəltmək” üçün 80-100 manat tələb olunurmuş. Kollecdə tələbələrdən pul tələbi isə ildən-ilə yüksələn xətt üzrə artır. Digər tərəfdən də əgər keçən il Göyçay İdarəetmə və Texnologiya Kollecində təhsil haqqı illik 250-300 manat civarında idisə, bu ildən həmin rəqəm 750 manatadək qalxıb. Kollecdə həyata keçirilən rüşvət yığımları ilə yanaşı, dövlət vəsaitlərinin mənimsənilməsinə də geniş yer verilir. Məktəb binasının təmiri və digər cari məsrəflər üçün ayrılan pullar müxtəlif maxinasiyalar sayəsində asanlıqla mənimsənilir. Bundan başqa kollecdə bir çox tələbələrin adı jurnalda getsə də, özlərinin dərslərdə iştirak etməməsi üçün onlardan ayda 100 manat “xərc” alınır. Məlumatlarda bildirilir ki, kollecin bu cür məzuniyyətəburaxılmış tələbələri paytaxtın və başqa şəhərlərin inşaat meydançalarında fəhləliklə məşğul olurlar. Aydın məsələdir ki, beləolduğu halda bu gənclərin əmək hüquları da qorunmur. Belə ki, onlar artıq işəgötürənlərlə əmək müqaviləsi bağlamaq imkanlarına da malik olmurlar.Eyni mənzərəni də kollecin Kürdəmir filialında müşahidə etmək olar. Bütün bunlar isə əlbəttə ki, ölkənin ümumilikdə təhsil sisteminə, bir vətəndaş kimi hələ tam formalaşmamış gənc nəslin təlim-tərbiyyəsinəçox böyük ziyan vurur. Digər tərəfdən də saxta diplom və arayışların verilməsi kimi hallar da istər X.Orucovun, istərsə də Şərbala müəllimin tez-tez təcrübə etdikləri əməllərə aid olunmalıdır. Bu yarıtmaz siyasətin nəticəsidir ki, kollecin məzunları üz tutduqları idarə, müəssisə vətəşkilatlarda məmnunluqla qarşılanmırlar və çox vaxt ixtisasları üzrə işlətəmin oluna bilmirlər...
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər