Beyləqanın icra başçısını kərpiclə vurublar
3-04-2013, 17:15
Oxunub: 6 349
Beyləqanda Vaqif Abdullayev sahibkar tərəfindən şil-küt edilib; icra başçısına "kərpiclə" ciddi xəsarət yetirildiyi bildirilir
İki gün öncə Beyləqan rayon icra hakmiyyətinin başçısı Vaqif Abdullayev sahibkar Tərlan Kamaloğlu tərəfindən döyülərlərək ciddi xəsarətlər alıb. Bu barədə rayondakı mənbələrdən daxil olan məlumatlarda bildirilir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin yaxınlığında yerləşən istirahət parkında kafe və bir neçə çayxana sahibi olan Tərlan Kamaloğlu ilə rayonun icra başçısı Vaqif Abdullayev arasında axşam saatlarında qalmaqal yaranıb. Buna səbəb isə icra başçısının sahibkara istirahət parkının abadlaşdırılması üçün verilən göstərişlərin əməl edilməməsi olub. Bundan qəzəblənən Vaqif Abdullayev Kamal Tərlanoğlunu əhali arasında təhqiramiz söyüşlərlə təhqir edib. Məlumatlara görə, icra başçısının ana və bacı söyüşlərini həzm edə bilməyən Tərlan Kamaloğlu yerdən qaldırdığı "kərpiclə" Vaqif Abdullayevin üz nahiyyəsindən vuraraq onu yerə sərib. Daha sonra yerə yıxılan icra başçısına sahibkar tərəfindən təpiklə də xəsarətlər yetirilib. Lakin istirahət parkında dincəlməyə gələn vətəndaşların səyi nəticəsində qalmaqal səngiyib. Sahibkar Tərlan Kamaloğlu isə rayon polis şöbəsinə aparılıb. Amma icra başçısı bu məsələyə görə sahibkarın həbs edilməsini istəməyib. Vaqif Abdullayev rayon polis şöbəsinə tapşırıb ki, sahibkar Tərlan Kamaloğlu müəyyən vaxta qədər azad edilsin. Ancaq nəzarətdə saxlanılsın. Çünki icra başçısı sahibkarı başqa bir saxta ittiham ilə həbsini planlayıb.
Bundan əlavə "AzeriNews.org"a daxil olan məlumatlarda bildirilir ki, son günlər Vaqif Abdullayev rayon səhiyyə şöbəsinin, mədəniyyət və turizim idarəsinin və təhsil şöbəsinin rəhbərlərinin hər birindən 10 min manat pul tələb edib. Əks təqdirdə isə icra başçısı onları vəzifələrindən qovacağı ilə hədələyib. Lakin icra başçısının döyülməsi həmin şəxsləri sevindirib. Bunlardan biri isə Beyləqanın təhsil şöbəsinin müdiri Tofiq Sadıqov olub. Elə icra başçısı döyülən axşam Tofiq Sadıqov bunu rayon restoranlarının birində qeyd edib. Hətta Tofiq Sadıqov "dinsizin öhdəsindən imansız gələr" deyəyərək Vaqif Abdullayevin ünvanına fikirlər səsləndirib.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər