Bolgexeber.com-un yazısı öz bəhrəsini verdi
5-04-2013, 10:10
Oxunub: 5 999
Bildiyiniz kimi 2 aprel tarixində Bolgexeber.com-da “Sabirabad Sosial Müdafiə Mərkəzində özbaşınalıq” adlı yazı dərc olnumuşdur. Sabirabad rayonuna ezam olunan əməkdaşımızın hazırladığı həmin araşdırma-tənqidi yazıda Sabirabad rayon Sosial Müdafiə Mərkəzinin rəhbəri Oqtay müəllimin etdiyi qanunsuz əməllər və Sabirabad rayon sakinlərinin bununla bağlı narazıçılığı öz əksini tapmışdır.Yazıda həmçinin bildirilirdi ki, SMM-in rəhbərliyi qəti göstəriş verib ki, sənədlərini təqdim edənlərdən pul almadan işləri görülməsin. Onların sənədlərini qaytarmamaqda məqsəd isə odur ki, sabah həmin sənədlərlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət etməsinlər. Bundan başqa Bolgexeber.com-a verilən məlumatlarda qeyd olunurdu ki, artıq rayon sakinləri mərkəzin rəhbəri Oqtay müəllimin fəaliyyət və əməllərindən beziblər. Hətta iş o yerə çatıb ki, bu bezməklərini etiraza çevirsinlər. Bolgexeber.com-un bir-neçə saat əvvəl aldığı məlumata görə sözü gedən məqalə öz bəhrəsini verib. Belə ki, son məlumata görə Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov adıçəkilən şöbə müdirini artıq işdən azad edib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər