Füzulidə Silahlı Qüvvələr Günü qeyd olundu
26-06-2019, 11:11
Oxunub: 5 290
Füzuli rayonunun N saylı hərbi hissəsində 26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilmişdir
Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, N saylı Hərbi Hissənin əsgər və zabit heyəti, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açmış, hərbiçiləri Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik etmişdir. Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr günü elan edildiyini vurğulayan Alı Alıyev Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının Ümummilli liderin adı ilə bağlı olduğunu qeyd etmişdir.
Alı Alıyev demişdir: “Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Cənab İlham Əliyevin səyləri nəticəsində Azərbaycan Ordusu regionun ən qüdrətli silahlı qüvvəsinə çevrilmiş və hər an düşmənə layiqli cavab vermək əzmindədir. Biz bunun aprelin əvvəllərində düçmən təxribatının qarşısını alarkən ordumuzun timsalında bir daha şahidi olduq.“
Çıxışlarda işğal altındakı ərazilərimizin tezliklə yağı düşməndən azad ediləcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliklərini ifadə etmişlər.
Tədbir rayonun mədəniyyət və incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etmişdir.
Bolgexeber.com




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər