BolgeXeber.Com » Bölgə » Hacıqabulda Ağdamın işğalı gününün 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirildi
Hacıqabulda Ağdamın işğalı gününün 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirildi
18-07-2019, 16:48
Oxunub: 8 598
18 iyul 2019-cu il tarixdə Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Mərkəz və rayon Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin 2 saylı filialının birgə təşkilatçılığı ilə Ağdam rayonunun işğalı gününün 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirildi
Tədbirdə təşkilatçılarla bərabər, rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, Qarabağ Müharibəsi Qaziləri ictimai birliyi rayon şöbəsinin sədri İntiqam Abdulov, qocaman tarixçi Mübariz Xəlilov, eləcə də Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən “Yay məktəbi”nin şagirdləri iştirak edirdilər.
Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Məhəmməd İsayev tədbiri giriş sözü ilə açdıqdan sonra söz Mərkəzin elmi işçisi Xanım Ağayevaya, sonra isə MKS-in 2 saylı filialının müdiri Şəhla Salmanovaya verildi və onlar Ağdam rayonunun işğalı haqqında ümumi məlumat verdilər.
Daha sonra Mübariz müəllim və veteran döyüşçü İntiqam Abdulov şahid və iştirakçı olaraq, bu hadisə barəsində daha geniş söhbət açdılar.
Tədbir Qarabağ müharibəsinin tezliklə və qalibiyyətlə bitəcəyinə və müvəqqəti itirilmiş torpaqlarımızın geri qaytarılacağına inam ifadə edən nikbin əhval-ruhiyyə ilə müşayiət olundu.
Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər