BolgeXeber.Com » Bölgə » Ağsuda İsmayıllı hadisələri təkrarlana bilər

Ağsuda İsmayıllı hadisələri təkrarlana bilər

8-04-2013, 11:20
Oxunub: 6 433 Yarıtmaz fəaliyyəti icra başçısı Ənvər Seyidəliyevi əhalinin qəzəbinə gətirib
Ağsu rayonunda vəziyyət pisləşməyə başlayıb. Demokratiya.info-ya verilən məlumata görə, icra başçısı Ənvər Seyidəliyevin apardığı siyasətin nəticəsindən narazı qalan insanlar artıq onun çıxıb getməsini tələb edirlər.
Rayondan verilən məlumata görə, Seyidəliyev qohum-əqrabalarını vəzifə başına keçirməklə, rayona nəzarət edə biləcəyini düşünürmüş. Lakin bu adamlar sayəsində başı ağrımağa başlayıb. Çünki həmin qohum-əqraba insanları incitməklə yanaşı, onların hüquqlarını da tapdamağa başlayıblar. Nəticədə isə Ağsu camaatı ayağa qalxaraq, bu biabırçılığa son qoymaq qərarına gəliblər.
Məlumatlara görə, hal hazırda Ağsu rayonunda əhalinin hərəkətlənməsi müşahidə olunur. Belə ki, yerli sakinlər icra başçısı Ənvər Seyidəliyevin istefa verməsini tələb etməyə hazırlaşırlar.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...