BolgeXeber.Com » Bölgə » Kür çayının səviyyəsi xeyli enib - VİDEO

Kür çayının səviyyəsi xeyli enib - VİDEO

31-07-2019, 10:01
Oxunub: 5 166 Kür çayının səviyyəsi xeyli enib - VİDEOKür çayının səviyyəsi xeyli enib.

Son bir ay ərzində çayda suyun səviyyəsi 50-60 santimetr azalıb. Hazırda çayın Tovuz ərazisindən keçən hissəsində orta dərinlik 1,3- 4 metr təşkil edir. Hansı ki, bu ərazinin dərinliyi əvvəllər 5-7 metr idi.

Azalma səbəbindən çayın ərazisində bir neçə adacıq da üzə çıxıb. Hazırda şəhəri içməli su ilə təmin edən bir neçə su-nasos stansiyasının məhsuldarlığı aşağı düşüb. Kür çayında quraşdırılmış bəzi su nasosları isə quruda qalıb. Bu vəziyyət Kürətrafı təsərrüfat sahələrinin suvarılmasına da öz təsirini göstərir.

2 sayli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən bildirilir ki, Kürdə suyun azalmasının əsas səbəbi son dövrlərdə havaların yağmursuz keçməsi, eləcə də dağlıq ərazilərdə qar və buzlaqların azalmasıdır. Lakin çayın səviyyəsinin aşağı düşməsinə səbəb olan antropogen təsirlər də var.

Son illər suvarılan sahələrin artması da çayda suyun azalmasına səbəb olub.

Problemin həlli məqsədi ilə aidiyyəti qurumların nümayəndələrindən ibarət heyət çayda monitorinqlərə başlayıb.