Orduda növbəti müəmma: intihara cəhd, ya qəsd?
9-04-2013, 09:45
Oxunub: 4 970
Naxçıvanda N saylı hərbi hissənin əsgəri Natiq Əzimov qol damarları kəsilmiş halda muxtar respublika hospitalına yerləşdirilib. Bu haqda Azadlıq radiosuna hospitaldakı adının çəkilməsini istəməyən mənbə məlumat verib. Mənbənin bildirdiyinə görə, hadisə aprelin 2-də baş versə də, xəstənin vəziyyəti indi də ağır olaraq qalır.
Məlumatı dəqiqləşdirmək üçün radio əsgər Natiq Əzimovun yaxınları ilə əlaqə saxlayıb. Yaxınları baş verən hadisəni təsdiqləyiblər. Natiq Əzimovu 2012-ci ilin aprel ayında Babək rayon hərbi komissarlığı hərbi xidmətə çağırıb.
Natiq Əzimovun anası Ruqiyyə Əzimova deyir ki, Ermənistanla həmsərhəd postların birində qulluq edən oğlunu davamlı olaraq komandirləri incidirmiş. Valideynlərin iddiasına görə, hadisə baş verən gün Natiq Əzimov döyüldükdən sonra qolunun damarları kəsilib və bu vəziyyətdə hospitala gətirilib. Ruqiyyə Əzimovanın bildirməsinə görə, üstəlik oğlu üç koma vəziyyətində olub: “Natiq hələ ki yaxşı deyil. İndiyə kimi komandirləri çox incidiblər, bizə demirmiş. Çoxdan əziyyət verirmişlər, son zamanlar da bu hal güclənib. Ona görə də bu hadisə baş verib. Qorxudublar deyə, bizə də məlumat vermirmiş. Postda qorxudublar, nə isə ediblər, özünü pis hiss edib, gətiriblər aşağı, tabora, orda baş verib hadisə. Venalarını kəsilibdir. Həkimlər təminat vermir, qolunun sağalacağına. Danışır, öz özünə danışır. İki gündür özünə gəlib, lakin normal adamlar kimi danışa bilmir. Başından vurublar, ağlını itirib deyə, xəstə uşaqlar kimi danışır. Ancaq baş verən hadisəni öz özünə sayıqlayır. Kəsiyə baxırsan, özü özünü doğrayan adama oxşamır. Başqa heç nə deyə bilmərəm”.
Müdafiə Nazirliyindən faktı təsdiqləyirlər. Ancaq nazirliyin mövqeyinə görə, əsgər Natiq Əzizov psixoz vəziyyətdə olduğundan öz qolunu kəsib. Nazirliyin Mətbuat Xidməti rəisinin müavini Teymur Abdullayev: “Həmin əsgərə reaktiv psixoz diaqnozu qoyulub. Əsəbi vəziyyətdə öz qolunu kəsib. Hazırda Naxçıvanda hospitaldadır, vəziyyəti yaxşıdır”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər