Xocavənddə narazı insanlar aksiyalara hazırlaşır
10-04-2013, 10:35
Oxunub: 5 037
Eyvaz Hüseynovun məmurlarından narazı insanlar aksiyalara hazırlaşır
Ötən saylarımızda Xocavənd rayonunda yer almış məmur özbaşınalıqları hallarının artmasına dair tənqidi materiallar dərc olunmuşdu. Həmin yazılarda qeyd olunmuşdu ki, Xocavənddə günbəgün artan narazılıqları şərtləndirən əsas səbəblərdən biri, daha doğrusu ən başlıcası rayonun iqtisadi-sosial inkişafı məqsədilə ayrılan dövlət vəsaitlərinin yerli məmurlar tərəfindən mənimsənilməsi və rayonda hökm sürən məmur özbaşınalıqlarıdır. Bu baxımdan rayonun maliyyə idarəsinin, təhsil və mədəniyyət şöbələrinin fəaliyyəti daha çox narazılıq doğurmaları ilə diqqət çəkməkdədir. Digər tərəfdən isə bütün bu qurumların işində yer almış ciddi nöqsanlar təbii ki, həm də Xocavənd RİH rəhbərliyinin qeyri-qənaətbəxş fəaliyyətindən xəbər verir. Redaksiyamıza daxil olan məlumatlarda fəaliyyətində ciddi qanun pozuntularının müşahidə olunduğu qurumlardan biri kimi Xocavənd rayon Maliyyə İdarəsinin adı çəkilir. Həmin məlumatlarda iddia olunur ki, rayonun xüsusən təhsil və səhiyyə sahələrnin inkişafı üçün ayrılmış dövlət vəsaitləri heç də tam həcmdə ünvanyönlü xərclənmir. Daha dəqiq olsaq, bu vəsaitlərin çox cüzi bir hissəsi nəzərdə tutulan məqsədlər üçün ayrılır. Məlumatlarda xüsusi olaraq qeyd olunur ki, Xocavənd rayon Maliyyə İdarəsinin rəisi Fəyyaz Azadovun öz işində yol verdiyi bir çox ciddi nöqsanlar müxtəlif vaxtlarda Maliyyə Nazirliyi tərəfindən aparılmış yoxlamalar zamanı da aşkar olunub. Lakin F.Azadovun bilavasitə Xocavənd RİH-nin başçısı Eyvaz Hüseynovun himayəsində olması səbəbindən nöqsanların aradan qaldırılması və qanun pozuntularına yol vermiş idarə rəisinin cəzalandırılması istiqamətində konkret addımlar atılmayıb. Digər tərəfdən isə rayonun Mədəniyyət və Turizm idarəsinin fəaliyyətində yer almış ciddi nöqsanlar mövcud durumu bir qədər də mürəkkəbləşdirir. Belə ki, daxil olan məlumatlarda şöbənin müdiri Ramiz Balakişiyevin rayonda əslində mövcud olmayan bir neçə musiqi məktəbinin fəaliyyətini rəsmiləşdirərək külli-miqdarda dövlət vəsaitlərini mənimsədiyi idia olunur.
İrəli sürülən daha ciddi ittihamlar isə Vəzifə Bayramovanın redaksiyamıza ünvanladığı şikayət ərizəsində öz əksini tapmışdı. Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və Rayon Təhsil Şöbəsinin müdiri Şəfahət Yusifov tərəfindən təqiblərə məruz qaldığına dair redaksiyamıza danılmaz faktlar təqdim edən V.Bayramova xüsusilə ədalətsiz davranışla rastlaşmışdır. Öz ərizəsində Vəzifə müəllimə bildirmişdi ki, o, yaşadığı kəndin sakinləri ilə birgə 1992-ci ildə erməni hücumlarına məruz qaldıqdan sonra, Ağcabədi rayonu Kürdlər kəndində məskunlaşıblar. İşlədiyi orta məktəb də elə həmin kənddə Muğanlı 2 saylı orta məktəb kimi fəaliyyətə başlayıb. 2008-ci ilin oktyabr ayında keçirilmiş növbəti Prezident seçkilərində V.Bayramova 124 saylı dairənin 33 saylı məntəqəsində seçki komissiysının üzvü kimi iştirak edib. Seçki kampaniyasına 01 avqust 2008-ci il tarixində start verildiyinə görə, Vəzifə müəllimə hələ məktəbdən aldığı məzuniyyəti sona çatmamış seçki komissiyasında işə başlayıb. 2008-ci ilin noyabr ayının 23-də isə Kürdlər kəndində məskunlaşmış məcburi köçkünlər Ölkə Prezidentinin fərmanına əsasən Beyləqan rayonu ərazisində yeni salınmış 500 ailəlik qəsəbəyə köçürülürlər. Həmçinin V.Bayramovanın dərs dediyi məktəb də həmin qəsəbədə inşa olunmuş yeni binaya köçürülüb. Seçkilər başa çatdıqdan sonra Vəzifə xanım pedaqoji fəaliyyətinə davam etmək üçün öz məktəbinə qayıdır. Lakin bu zaman məlum olur ki, onu RTŞ müdiri Ş.Yusifovun göstərişi ilə qeyri-qanuni olaraq işdən azad ediblər. Bu xüsusda rəhbərliyə müraciət edən V.Bayramovaya isə, Şəfahət Yusifov seçkilərdə komissiya üzvü kimi məşğul olmağın onun üçün üzürlü səbəb olmadığını bildirib.
Biz həmçinin qeyd etmişdik ki, son günlər ölkə mətbuatına bilavasitə Xocavənd RİH-nin başçısı Eyvaz Hüseynovun adına bağlanan maliyyə mənimsəmələri barədə də məlumatlar ayaq açmaqdadır. Həmin məlumatlarda iddia olunur ki, Eyvaz Hüseynov artıq uzun illərdir ki, rayonun Kommunal Təsərrüfatlar Birliyi vasitəsilə böyük miqdarda dövlət vəsaitini mənimsəyir. Belə ki, öz yaxın dostu və qohumu Elxan Məmmədovu birliyə müdir təyin edən icra başçısı rayonun abadlıq işləri üçün keçirilən tenderləri məhz bu müəssisənin vasitəsi ilə reallaşdırır. Müxtəlif maxinasiyalar sayəsində isə bir qayda olaraq bu tenderləri eyni şirkətlər qazanır və görüləcək işlər üçün ayrılan pullar hesabdan çıxarılaraq mənimsənilir. Bizimdovr.az bildirir ki,bütün bu halların məntiqi nəticəsi olaraq, Xocavənd rayonunda yerli əhalinin narazılıqları getdikcə artmaqdadır. Bu xüsusda redaksiyamıza demək olar ki, hər gün yeni məlumatlar daxil olur. Rayon rəhbərliyi isə yaranmış vəziyyətdən çıxış yolunu axtarmaq fikrində belə deyil. Mətbuatda dərc olunan tənqidi materiallara verilən yüganə reaksiya isə, məlumatları təqdim edən mənbələrə qarşı təqib və təhdidlərin artırılmasında öz təzahürünü tapmaqdadır...
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər