Hacıqabulda icra başçısı tələbələrlə görüşdü - Fotolar
29-08-2019, 17:33
Oxunub: 7 026
Bu gün Hacıqabul rayon İcra hakimiyyəti tərəfindən ali məktəblərə qəbul olan tələbələrlə görüş keçirilib
Bolgexeber.com xəbər verir ki, rayon İcra hakimiyyətinin başçısı Əhməd Muxtarov görüşdə çıxış edərək tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə və gələcək həyatda uğurlar arzulayıb, yüksək bilikli mütəxəssis kimi yetişməyi və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə edib.
Tədbirdə çıxış edən təhsil şöbəsinin müdiri Şükür Məmmədov ali məktəblərə sənəd verən məzunların 65,1 %-nin ali məktəblərə qəbul olunmasını, respublika səviyyəsində yüksək nəticə kimi qiymətləndirildiyini qeyd edib.
Digər çıxış edənlər - rayon Gənclər və İdman İdarəsinin rəisi Saleh Ələsgərov, YAP Hacıqabul rayon təşkilatının Gənclər Birliyinin sədri Firdovsi İbrahimov və digərləri çıxışlarında tələbə adını qazanmış gəncləri təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb.
Tədbirdə 654 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsinə qəbul olan Jalə Cəlalova, valideyn Ruhəngiz Səfərova və digərləri çıxış edərək ölkəmizdə təhsilə göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdiriblər.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər