Lənkəranda ağır yol qəzası
11-04-2013, 09:15
Oxunub: 5 587
Azərbaycanın Lənkəran rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) növbətçi hissəsindən verilən məlumata görə, hadisə aprelin 10-da saat 20.00 radələrində Lənkəran-Boradigah şosesinin rayonun Girdəni kəndindən keçən hissəsində qeydə alınıb.
Lənkəranın Girdəni kənd sakini, 1990-cı il təvəllüdlü Sakit Qadir oğlu Bayramovun idarə etdiyi “VAZ-2107” markalı, 42 BM 987 dövlət nömrə nişanlı avtomobil Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü Cavanşir Fəyaz oğlu Tahirovun idarə etdiyi “VAZ-21074” markalı, 10 GL 595 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Nəticədə “VAZ-21074”-nin sərnişini, rayonun Vilvan kənd sakini, 1981-ci il təvəllüdlü Qadir Məhərrəməli oğlu Rzayev aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Həmin avtomobilin sürücüsü ilə digər avtomobilin sərnişinləri - Lənkəranın Girdəni kənd sakini, 1990-cı il təvəllüdlü İdrak Salman oğlu Paşayev və Osakücə kənd sakini, 1969-cu il təvəllüdlü Arzu Əsəd oğlu Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Müalicə-Diaqnostika mərkəzinə yerləşdiriliblər.
Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər