BolgeXeber.Com » Bölgə » Sabirabadda qatarla yük maşını toqquşdu - Hadisə yerindən VİDEO

Sabirabadda qatarla yük maşını toqquşdu - Hadisə yerindən VİDEO

4-09-2019, 10:12
Sabirabadda qatarla yük maşını toqquşdu - Hadisə yerindən VİDEOŞirvan şəhərindən Sabirabadın Minbaşı kəndinə gedən yolda qatarla yük maşını toqquşub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Şirvan-İmişli dəmir yolu xəttinin Minbaşı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

50-B-117-10 dövlət nömrə nişanlı yük maşını qatarla toqquşub.

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Qəzanın səbəbi araşdırılır.