BolgeXeber.Com » Bölgə » Bərdədə fermerdən suya görə rüşvət istəyirlər

Bərdədə fermerdən suya görə rüşvət istəyirlər

12-04-2013, 10:30
Oxunub: 5 582 Fermer rüşvət vermədiyinə görə,təsərrüfatını suvara bilmir

Bərdə rayon Qaratəpə kənd sakinin Həsənov Arif Hünbət oğlu tərəfindən prezident İlham Əliyevə və daha bir neçə dövlət qurumunun rəhbərinə ərizə ünvanlanıb. Bir nüsxəsi də Bolgexeber.com-a göndərilən ərizənin mətnində deyilir:

“Yazaraq bildirmək istəyirəm ki , mən 15 ildən çoxdur ki Qaratəpə kəndində kənd təsərrüfatı ilə məşqul oluram. 60 hektara yaxın taxıl və yonca sahəm var. Cənab prezidentin kənd təsərrüfatının inkişafı dövlət proqramından sonra kiçik fermerliklə məşqul olmağa başlamışam. 500 başdan çox xırda buynuzlu, 60 yaxın da iri buynuzlu heyvanım var. Son bir neçə ildir ki ,mən bu təsərrüfatı artıra bilmirəm. Buna səbəb isə əkin sahələrimi suvara bilməməkdir. Belə ki, mən dəfələrlə Bərdə rayon suvarma sistemləri idarəsi ilə müqavilə bağlasam da mənə əkin sahələrimi suvarmaq üçün su verilmir. Dəfələrlə bunula bağlı suvarma sistemləri idarəsinin rəisi Namiq Əhmədovla görüşüb bu barədə ona müraciət etmişəm. Lakin bu görüşlər də heç bir nəticə verməyib. Mən idarə rəsinin bir fermer olaraq qanuna uyğun qaydada onların idarəsi ilə müqavilə bağlayaraq şəxsi fermer təsərrüfatımın suvarıılmasını istəsəm də o məndən dövlət rüsumundan başqa məndən küllü miqdarda rüşvət istəyib deyə mən onlarla razılaşmadıqımdan mənə su verməkdən intina edilər. Hazırda suvarma mövsümü olduqu üçün mən əkin sahələrimi suvarmalıyam ki, əkin sahələrimdən səmərəli məhsul götürüm, təsərrüfatımı inkişaf etdirim. Lakin Bərdə rayon şöbəsu bunun qarşısını almaqla məşğul olaraq mənim fermer təsərrüfatımı çökdürməklə məşquldur. Mənim 60 hektar əkin sahəm ,500 baş qoyunum hazırda məhv olmaq təhlükəsindədir. Bunun üçün də mən bir fermer olaraq Azərbaycan Respublukasının Konstitusiyasında təsbit olunan hüququmu və bir fermer kimi mənim haqlarımı təmin etməyinizi sizdən xahiş edirəm”
Qarşı tərəfi də dinləməyə hazırıq
Dia.az