BolgeXeber.Com » Bölgə » Güclü külək Şəmkiri işıqsız qoydu

Güclü külək Şəmkiri işıqsız qoydu

13-04-2013, 17:15
Oxunub: 5 186 Güclü külək Şəmkirdə ciddi fəsadlara yol açıb. Bolgexeber.com Kəpəz TV-yə istinadən məlumat verir ki, Şəmkirdə güclü külək əsən, ardınca isə leysan yağıb. Təbiət hadisəsi rayonun elektrik təsərrüfatına ciddi ziyan vurub. Üç böyük yaşayış məntəqəsində, eləcə də rayon mərkəzində elektrik dirəkləri aşıb, naqillər yararsız vəziyyətə düşüb, transformatorlar sıradan çıxıb.
Bu gün səhər saatlarından başlayaraq "Gəncə Regional Enerji Təchizatı" MMC-nin əməkdaşları problem yaranan ərazilərə səfərbər olunub.
Son məlumata görə, bir kəndə və rayon mərkəzinə elektrik enerjisinin verilişi bərpa olunub. Digər yaşayış məntəqələrində də bu istiqamətdə iş aparılır.
Yaxın 2-3 saat ərzində elektrik enerjisinin verilişindəki məcburi məhdudiyyətlərin aradan qaldırılacağı gözlənilir. Qeyd edək ki, təxminən 10 mənzildə elektrik sayğaclarını ildırım vurub.