BolgeXeber.Com » Bölgə » Tərtərdə “Babək 44” taborunun keçmiş döyüşçülərinin görüşü təşkil edilib

Tərtərdə “Babək 44” taborunun keçmiş döyüşçülərinin görüşü təşkil edilib

30-09-2019, 16:36
Oxunub: 9 110 Tərtərdə “Babək 44” taborunun keçmiş döyüşçülərinin görüşü təşkil edilibTərtərdə “Babək 44” taborunun keçmiş döyüşçülərinin görüşü təşkil edilib1992-ci ildə yaranmış “Babək 44” taborunun keçmiş döyüşçülərinin Tərtərdə görüşü təşkil edilib.

Müdafiə Nazirliyi, "Qarabağ Əlillərinə Qayğı" İctimai Birliyi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə keçmiş döyüşçülər Tərtərdəki Şəhidlər abidə kompleksinin, Azərbaycanın Milli qəhrəmanları Vəzir Orucovun və Elman Hüseynovun büstləri önünə əklil və tər gül dəstələri qoyublar. Sonra rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri, Qarabağ müharibəsi veteranları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsinə ehtiramlarını bildiriblər.

Tərtər rayon Mədəniyyət Mərkəzində “Babək 44” taboru haqqında çəkilmiş filmin təqdimatı olub. Təqdimatdan əvvəl respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Filmin ideya rəhbəri, ehtiyatda olan zabit Nazim Quliyev çıxış edərək, "Babək-44" taboru və film haqqında məlumat verib. Bildirib ki, 1992-ci ildə yaradılmış 703 saylı hərbi hissənin tərkibində şərəfli döyüş yolu keçmiş “Babək 44” taboru ən qızğın döyüşlərdə göstərdiyi rəşadət və qəhrəmanlıqla seçilib. Tabor 400 nəfərə qədər əsgər və zabitdən formalaşıb, döyüşlərdə 174 şəhid və itkin verib. Taborun döyüşçülərindən ikisi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, yeddi nəfər “Azərbaycan Bayrağı” ordeni, iki nəfər isə "Hərbi Xidmətlərə görə" medalı ilə təltif edilib.

Sonra filmə baxış olub. Filmdə taborun yaranma tarixi, keçdiyi döyüş yolu, göstərdiyi qəhrəmanlıqlar, döyüşdüyü əsas ərazilər barədə məlumat verilir. Filmin çəkilişləri zamanı Dağlıq Qarabağ uğrunda, Ağdərə ətrafında gedən döyüş kadrlarından, həmçinin döyüşlərdə iştirak etmiş şahidlərin, komandirlərin, şəhid valideynlərinin müsahibələrindən istifadə olunub.

Tədbir iştirakçıları N saylı hərbi hissədə əsgər və zabit heyəti ilə görüşüblər. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxışında keçmiş döyüşçülərin görüşünün təşkilini və “Babək 44” taboru haqqında çəkilmiş filmi yüksək qiymətləndirib, Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə göstərilən dövlət qayğısından, xalqla ordunun monolit birliyindən bəhs edib. Bildirib ki, Qarabağ müharibəsi zamanı igidliklə döyüşmüş tərtərlilər bu gün də öz doğma torpaqlarında mətin dayanıb və Ali Baş Komandanın əmri ilə torpaqlarımızın azad olunması uğrunda döyüşə atılmağa hər an hazırdırlar.

"Qarabağ Əlillərinə Qayğı" İctimai Birliyinin sədri Firudin Məmmədov, "Babək 44" taborunun ilk komandirləri Elxan Qəniyev, Abukər Mirzəyev və başqaları çıxış edərək, taborun keçdiyi şərəfli döyüş yolundan, Azərbaycan ordusunun qüdrətindən danışıblar. Çıxışlarda hərbi qulluqçuların, eləcə də müharibə veteranlarının hər an müqəddəs savaşa hazır olduğu bildirilib.

Sonra xidmətdə fərqlənən hərbi qulluqçulara və "Babək 44" taborunun keçmiş döyüşçülərinə fəxri fərman və hədiyyələr təqdim olunub.

Tədbir Həzi Aslanov adına ordu ideoloji və mədəniyyət mərkəzinin mahnı və rəqs ansamblının, Gəncə qarnizonunun ideoloji və mədəniyyət mərkəzinin və respublikanın tanınmış incəsənət xadimlərinin ifasında geniş konsert proqramı ilə davam edib. Sonda hərbi hissənin şəxsi heyəti ilə birgə nahar olub.

"Babək 44" taborunun keçmiş döyüşçüləri ön xəttə gedərək, səngərdə xidmət edən əsgər və zabitlərlə də görüşüblər.
Bolgexeber.com