BolgeXeber.Com » Bölgə » Lənkəran Universitetinin prorektoru tutulub

Lənkəran Universitetinin prorektoru tutulub

16-04-2013, 15:00
Oxunub: 4 916 Bolgexeber.com xəbər verir ki, universitetin rektoru Asəf İsgəndərovun köməkçisi Qorxmaz Ağayev Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən aprelin 15-də keçirilən əməliyyat zamanı saxlanıb. Q. Ağayevin hansı cinayətdə ittiham olunduğu açıqlanmır.
Əməliyyat və rektor köməkçisinin saxlanması barədə məlumat hələlik rəsmi dairələr tərəfindən təsdiqlənməyib. Əməliyyat zamanı digər saxlanılanların olub-olmaması barədə də məlumat yoxdur.
***
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Lənkəran Dövlət Universitetində əməliyyat keçirdiyi rəsmən təsdiqlənib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Bolgexeber.com-a bildirib ki, aprelin 15-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Lənkəran Dövlət Universitetinin Tərbiyə işləri üzrə prorektoru Qorxmaz Ağayev şübhəli şəxs qismində tutulub.
Eldar Sultanovun sözlərinə görə, fakt üzrə cinayət işi başlanıb, təfərrüatlarla bağlı tərəfimizdən ictimaiyyətə əlavə məlumat veriləcək.