Nefçalada balıq ovu ilə məşğul olanlar acınacaqlı durumdadır.
17-04-2013, 15:45
Oxunub: 5 422
Neçə ildir çörəyim balıq ovundan çıxır. Vaxtilə xəzər dənizində bu işlə yalnız kasıb insanlar məşğul olurdu. Hazırda isə yüksək çinli məmurların himayəsində çalışanlar da bu sahəhəni manapoliyaya alıb. Üstəlik onların hər cür texniki imkanları var, dənizin istənilən yerinə nüfuz edə bilirlər. Mənim kimi imkansızlar isə xırda qayıqlarla hərəkət edir, balıq oldu, ya olmadı- fərqi yoxdur, ayda ən azı 500-700 manat haqq ödəmək zorundayıq.
Bu sahəhəyə nəzarəti həyata keçirən su-quru polisi, Ekologiya və Təbi Sərvətlər Nazirliyinin əməkdaşları, bir də Sərhəd Xidmətidir ki, onları “görmədən” dənizə girmək mümkün deyil. Birtəhər tutduğumuz balığın satışına görə də ayrıca aylıq haqq veririk. Bizdən topdan mal alıb aparanları da yolda soyurlar. Bazarda satış üçünsə gündəlik haqq verməlisən.
Bu haqlar sonuncu alıcının (istehlakçının) belinə yüklənir. Belə ki, 1 kiloqramlıq ziyad (kütüm) balığını biz dənizin sahilində 2 manat 50 qəpiyə satırıq, bazarda onun qiyməti 5-6 manatdır. Qiymət artımı heç də məhsuldarlığın, bazarda təklifin azalmağı ilə bağlı deyil, nə də əhali varlanmayıb, qiyməti qaldıran balığın başına qoyulan haqqın tez-tez qaldırılmağıdır.”
Dövlət Statistika Komitəsininin məlumata görə, ötən il Azərbaycanda balıqçılıq təsərrüfatları və fiziki şəxslər tərəfindən 182,3 mln. manat dəyərində 50,6 min ton balıq ovlanıb. Balıq və digər su-bioloji resurslardan istifadə qaydalarına əsasən hesabat ilində balıq ovuna 1 748 ton kvota verilib və onun alınması üçün balıqçılar tərəfindən 17,9 min manat ödənilib. Balıq ovuna icazə almış 102 hüquqi və fiziki şəxs tərəfindən 910 ton balıq ovlanıb. Ovlanmış balığın 372 tonu kilkə, 126 tonu siyənək, 125 tonu kefal, 80 tonu kütüm, 64 tonu çapaq, 63 tonu külmə balıqları, qalanı isə digər balıq növlərinin payına düşüb.Hər halda, bunlar rəsmi açıqlamadır.
Rəsmilərin və həmsöhbətimiz olan balıqçının açıqladığı rəqəmlərə etibar etsək, onda belə çıxır ki, balıq satışından əldə olunan 182 milyon manatın təqribən 100 milyonu qeyri-qanuni tələblərin ödənilməsinə sərf olunur.
infom.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər