BolgeXeber.Com » Bölgə » Hacıqabul rayonu Şorbaçı kəndində səyyar qəbul-görüş keçirildi

Hacıqabul rayonu Şorbaçı kəndində səyyar qəbul-görüş keçirildi

18-10-2019, 19:09
Oxunub: 6 401 Hacıqabul rayonu Şorbaçı kəndində səyyar qəbul-görüş keçirildi18 oktyabr 2019-cu il tarixdə rayon İcra Hakimiyyəti başçısının rayonun Şorbaçı kəndində növbəti səyyar qəbul-görüşü keçirilmişdir

Tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri iştirak etmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək son illərdə rayonun sosial-iqtisadi inkişafından, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə məlumat verdi.

Görüş zamanı kənd sakinlərinin müxtəlif məsələlər barədə müraciətləri qeydə alındı və icrası ilə əlaqədar yerində aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Hacıqabul rayonu Şorbaçı kəndində səyyar qəbul-görüş keçirildi
Hacıqabul rayonu Şorbaçı kəndində səyyar qəbul-görüş keçirildi