Lənkəranın icra başçısı rayonondan niyə qaçmaq istədi?
18-04-2013, 11:00
Oxunub: 5 528
Lənkəranın icra başçısı Taleh Qaraşovun bu yaxınlarda rayondan qaçmaq istədiyinə dair məlumatlar dolaşır. Məlumata görə, icra başçısının qaçmasını şərtləndirən səbəb isə maraqlı bir hadisə olub.
Belə ki, Lənkəran şəhər mədəniyyət şöbəsinin müdiri Vasif Fərzullayev oğluna toy edirmiş. Kifayət qədər təmtaraqlı keçən toyda iştirak edənlər etiraf edirlər ki, indiyə qədər belə bir şənlik şahidi olmayıblar.
Amma problem toydan sonra baş qaldırıb. Tia.az-a verilən məlumata görə, Vasif Fərzullayev oğlunun şəninə toydan sonra atəşfəşanlıq təşkil elətdirib. Üstəlik, hay-küy o həddə olub ki, rayon sakinləri özləri də nəyin baş verdiyini kəsdirə bilməyiblər.
Deyilənlərə görə, Lənkəranın icra başçısı Taleh Qaraşovun bu məsələdən xəbəri olmayıb. Amma bəyin «üçplov»unda baş verən növəti atəşfəşanlıq isə Qaraşovu nəinki xəbərdar olmağa, hətta az qala rayondan qaçmasına səbəb olacaqmış. Məlumata görə, «üçplov» günü Vasif müəllim daha bir atəşfəşanlıq təşkil edib və bütün Lənkəran ayağa qalxıb. Gecə saat 01:00 radələrində baş vermiş bu olaydan sonra Qaraşov elə zənn edib ki, Lənkəranda ya dövlət çevrilişi baş verir, ya da ordu hissələri ayağa qalxıb. Onun ailəsi ilə birlikdə dərhal rayondan çıxmaq istədiyi deyilir. Müavinlərindən birinin dəqiq məlumat çatdırmasından sonra isə icra başçısı sakitləşib.
Hadisə yerinə göndərilən Lənkəranın polis rəisi isə Vasif Fərzullayevlə görüşüb, onunla məsələni yoluna qoyub. Səhəri günü Qaraşov təcili toplantı keçirərək, mədəniyyət şöbəsinin müdirini sərt şəkildə tənqid edib. Üstəlik, onu cəzalandıracağını da bildirib. Amma xeyli vaxtdır nə cəzalanan var, nə də bundan hər hansı bir xəbər. Görünür, Vasif Fərzullayev icra başçısının «bığının altından» keçib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər