Hacıqabulda məktəb drektorundan müəlliməyə əxlaqsız təklif
19-04-2013, 09:55
Oxunub: 5 065
Tava kənd orta məktəbinin direktoru öz işçilərinə ədəbsiz təkliflər edib, qadınlar isə təhsil şöbəsinin müdirinin əliylə başqa məktəblərə «transfer» olunublar
Artıq bir neçə gündür mətbuatda bəzi təhsil şöbələri ilə bağlı şok iddialar gündəmə gətirilib. Bir müddət əvvəl Kəlbəcər rayon təhsil şöbəsinin müdiri Məmməd Bağırovun Fərqanə Ələkbərova adlı qadına əxlaqsız təklif etdiyinə dair video-xəbər yayımlanmışdı. Həmin məsələ ilə bağlı qalmaqal səngiməmiş, başqa bir əxlaqsız təklif qalmaqalı yaşanıb.
Daxil olan məlumata görə, buna bənzər olaylardan biri Hacıqabul rayonunda qeydə alınıb. Redaksiyaya daxil olan məlumatda deyilir ki, rayonun Tava kənd orta məktəbinin direktoru Mizəcan Qurbanov tabeçiliyində olan məktəbin müəlliməsinə (etika xətrinə həmin qadının adını yazmırıq-red.) əxlaqsız təklif edib. Qeyd edilir ki, bu zaman məktəbin müəllimi Şahin Məmmədov bərk əsəbiləşərək, direktorla davam edib. Əlbəyaxa davada ağır xəsarətlər alan direktor Hacıqabul rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Verilən məlumatda o da vurğulanır ki, bu hadisədən xəbər tutan rayonun təhsil şöbəsinin müdiri Şükür Məmmədov əxlaqsız təkliflə üzləşmiş müəllimi dərhal Tava kənd orta məktəbindən çıxararaq, onu Hacıqabulun Meynəman kəndində işlə təmin etdirib.
İşin ilginc tərəflərindən biri odur ki, bu, Mirzəcan Qurbanovu ilk hərəkəti deyilmiş. İddialara görə, onun həmin məktəbin başqa bir müəlliməsinə də bu yaxınlarda analoji qaydada təkliflər etdiyi deyilir. Hətta Şükür Məmmədov bundan da xəbər tutaraq, sözügedən qadını təcili başqa kənd məktəbinə «transfer» edib. Məlumata görə, əxlaqsız təklifə üzləşmiş kənd müəlliməsi Talış kəndinə göndərilib.
Lakin məsələ belədir ki, problem artıq rayonda ciddi narazılıq yaradıb. Hətta iş o yerə çatıb ki, Tava kəndinin sakinləri bununla bağlı etirazlarını bildirməklə yanaşı, direktor və onun yaxınları ilə mübahisə ediblər. Təhsil şöbəsinin müdiri Şükür Məmmədov isə problemi həll etmək əvəzinə, ortalığı sakitləşdirməyə çalışır. Amma bunu da sözügedən direktoru müdafiə etmək yolu ilə reallaşdırır ki, bu da haqlı narazılıqlara gətirib çıxarmaqdadır.
Məsələ ilə bağlı yazıda adları çəkilən şəxslərin də münasibətini öyrənməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər