BolgeXeber.Com » Bölgə » Qusarda 22 yaşlı qız özünü yandırıb

Qusarda 22 yaşlı qız özünü yandırıb

20-04-2013, 10:15
Oxunub: 4 582 Qusar rayonunda intihara cəhd hadisəsi qeydə alınıb. Bolgexeber.com-un məlumatına görə, Qusar şəhər Muxtadır küçəsi, 71 ünvanında yaşayan, 1991-ci il təvəllüdlü Allahyarova Mehparə Tofiq qızı aprelin 19-da gecə saatlarında özünü yandırıb.

O, dərhal Qusar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

M. Allahyarovaya bədənin müxtəlif nahiyələrinin 2-ci və 3-cü dərəcəli termik yanığı diaqnozu qoyulub. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti ağır-stabildir.

Faktla bağlı araşdırma aparılır.