BolgeXeber.Com » Bölgə » İcra başçısı sərhəd kəndində şikayətləri dinlədi

İcra başçısı sərhəd kəndində şikayətləri dinlədi

8-11-2019, 09:27
Oxunub: 4 528 İcra başçısı sərhəd kəndində şikayətləri dinlədiFüzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü

Mollaməhərrəmli kəndində keçirilib

Səyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib.
Səyyar qəbulda çıxış edən Alı Alıyev rayonun inkişafı üçün vətəndaş-məmur münasibətlərinin önəmli olduğunu bildirib. O, rayonda hansı təşkilatda işləməsindən və tutduğu vəzifədən asılı olmayaraq bütün məmurların, dövlət işçilərinin, hüquq-mühafizə orqanlarının əhali üçün işləməli, insanlara xidmət etməli olduqlarını vurğulayıb.

Bolgexeber.com xəbər verir ki, Alı Alıyev həmçinin Azərbaycanda həyata keçirilən islahatların uğurlu nəticələrindən də danışıb.

Mollaməhərrəmli kəndinin ümumi əhalisi 816 nəfərdi, hal-hazırda 350 nəfər yaşayır. Kəndin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 645 nəfərə hər ay 38700 manat vahid aylıq müavinət ödənilir, 1 ailəyə ünvanlı sosial yardım təyin edilib, 4 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. Mollaməhərrəmli kəndində 1 şəhid ailəsi, 3 Qarabağ müharibəsi əlili vardır. Kənd sakinlərindən 117 nəfərə müxtəlif növ pensiya və müavinət verilir. Kənd sakinlərindən 117 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər.
Kənddə torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.
Səyyar qəbulda rayonun ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.

Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və ölkənin birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
İcra başçısı sərhəd kəndində şikayətləri dinlədi
İcra başçısı sərhəd kəndində şikayətləri dinlədi