BolgeXeber.Com » Bölgə » Beyləqanın icra hakimi beyləqanlıları saymır

Beyləqanın icra hakimi beyləqanlıları saymır

22-04-2013, 13:55
Oxunub: 5 130 Bir müddət əvvəl sahibkarı söyüb təhqir etdiyinə və buna görə sahibkar tərəfindən döyülməsi ilə gündəmə gələn Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev yenidən öz ağzının bəlasına düşüb.

Beyləqanın Tatarlar kəndindən daxil olan məlumatda bildirilir ki, ötən həftə Tatarlar və Eyvazalılar kəndlərinin sakinləri öz su problemlərini həll etmək üçün Beyləqan İcra Hakimiyyətinə gəliblər. Adətən icra başçısı Vaqif Abdullayev şikayətçiləri dinləmədiyinə görə kəndlərin sakinləri səhər tezdən İcra hakimiyyətinin qarşısında başçını gözləyiblər. Vaqif Abdullayev maşından düşərkən sakinlər başçıya yaxınlaşıblar. Kənd ağsaqqallarından biri Vaqif Abdullyevə proğlemlərini anlatmağa başlarkən icra başçısı ağsaqqalın sözünü kobud şəkildə kəsərək, «Nə istəyirsiniz, rədd olun burdan», deyərək ağsaqqalı yolundan kənara itələyib. Kəndlərin sakinləri etirazlarını bildirmək istəyəndə isə Vaqif Abdullayev onları təhqir edərək İcra Hakimiyətinə daxil olub.

Baş vermiş insidentlə bağlı polis kənd sakinlərini dağıtmağa çalışsa da, bir qədər sonra kənd sakinlərinə Beyləqan Su və Kanal İdarəsinin müdiri Ələmşah Məmmədquliyev yaxınlaşıb. O kəndlərin sakinlərinin proğemlərini həll edəcəyini bildirib və adamları geri yola salıb. Lakin daxil olan məlumatda bildirilir ki, söz verilməsinə baxmayaraq Tatarlar və Eyvazalılar kəndlərinin su probemi həll olunmayıb. Kəndlilərin problemlri ilə insidentdən sonra heç kim maraqlanmayıb da.

Qeyd edək ki, bir müddət əvvəl ölkə prezidenti İlham Əliyev bir sıra məmurları qudurğanlıqda ittiham edərək onlara vətəndaşlarla normal davranmaq barədə son dəfə xəbərdarlıq etmişdi. Edə həmin xəbərdarlıqdan sonra Beyləqanın icra başçısı Vaqif Abdullayev küçədə sahibkar Tərlan Kamaloğlunu ağır şəkildə təhqir etmişdi. Təhqirə dözə bilməyən iş adamı isə Vaqif Abdullayevin başına kərpic çırması haqqında ölkə mətbuatında sensasion məlumat yayılmışdı. Görünür ki, Vaqif Abdullayev hələ də «qudurğanlığına» «dərman» tapa bilmir. Elə buna görə də icra başçısı ağsaqqal-qarasaqqal bilmədən Beyləqanda hər kəsi təhqir edir. pia.az

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…