BolgeXeber.Com » Bölgə » Astara Təhsil Şöbəsinin müdiri təlaş içində-Yenilənib

Astara Təhsil Şöbəsinin müdiri təlaş içində-Yenilənib

22-04-2013, 16:40
Oxunub: 5 733 Misir Mərdanovun işdən çıxarılmasından sonra hamısı yola salınacaqlarını gözləyir

Təhsil naziri Misir Mərdanov işdən çıxarıldıqdan sonra rayon təhsil şöbələrinin rəhbərləri şoka düşüblər. Bolgexeber.com-a verilən məlumata görə, belə vəziyyətin yaranmasına səbəb nazirdən sonra onların aqibətlərinin sual altında olmasıdır.
Məlumatda deyilir ki, artıq bir neçə şöbə müdiri işdən çıxarılacağını yəqinləşdirib və bu səbəbdən də hazırlıqlara başlayıb. Bəziləri isə yeni nazirlə dil taparaq, postlarında qalacağına ümid edir. Lakin qeyd olunur ki, yeni nazir Mikayıl Cabbarov köhnə komanda ilə işləmək fikrində deyil. Xüsusən də adları yetərli qədər korrupsiya faktlarında hallanmış təhsil şöbə müdirləri ilə bağlı ayrıca tədbir görülməsi nəzərdə tutulur. Mənbə deyir ki, yaxın günlərdən etibarən «təmizləmə əməliyyatı»na start veriləcək.Bolgexeber.com –a daxil olan məlumata görə artıq Biləsuvar ,İmişli,Quba,Beyləqan təhsil şöbələrində yaxın zamanlarda yoxlamalara start veriləcək. Bolgexeber.com-a son dəqiqələrdə verilən xəbərə görə Maliyyə Nazitrliyi və digər dövlət qurumları artıq Astar Təhsil Şöbəsində yoxlamaya başlayıb və və çox güman ki,Astara təhsil şöbəsinin müdiri Qızbəst xanım etdiyi qanunsuz əməllərə, maliyyə yeyintilərinə görə yaxın zamanlarda həbs olunacaq.Mənbə bildirir ki,əgər bundan əvvəl o Misir Mərdanaovun köməkliyi ilə vəzifədə qalmağa müvəffəq olurdusa ,artıq bu dəfə, təhsil nazirini işdən azad edilməsindən sonra o yaxasını qurtara bilməyəcək. Bolgexeber.com-un əməkdaşı Qızbəst xanımla telefon əlaqəsi saxlamışdır və o Təhsil Şöbəsində yoxlamaların başlamasını təsdiqləmişdir.
Movzu ilə bağlı araşdırmaları davam etdirəcəyik.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com