Oxunub: 5 54820 dəqiqə aramsız yağan güclü yağış Qubanın Alekseyevka kəndində 30 evi su altında qoyub. Kənddəki evlər ilk dəfə olaraq bu problemlə üz-üzə qalıb. Sel suları o qədər çox olub ki, evlərin içində 50 sm-ə kimi qalxıb. Bu mənzərəni gördükdə sakinlər dəhşətə gəliblər. Onlar suyun hardan gəldiyini bilmirlər.
30-a yaxın evə qismən ziyan dəysə də, 7-8 ev suyun içində qalıb. Qalan evlərin həyətyanı və bağ sahələri 40-50 sm-ə kimi suyun altında qalıb. Sakinlər təbiət hadisəsinə görə FHN-nin Şimal Regional Mərkəzinə müraciət ediblər.
Kənd əhalisi evlərini su basmış şəxslərə köməklik göstərirlər. Suyu generatorlar vasitəsilə evlərdən çəkib çıxarmağa çalışırlar. Sel fəlakətinə görə sakinlər gecəni yaxın qohumlarda keçirməyə planlaşdırırlar. Aidiyyatı qurumlara gəldikdə isə hələlik məlumat yoxdu.
***
Ötən gün Quba rayonuna yağan güclü yağış ciddi problemlər yaradıb.
Rayonun Alekseyevka kəndində 30-a yaxın evi su basıb.
Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidovun sözlərinə görə, evlərə dolmuş suyun çəkilməsi üçün texnika cəlb olunub.
Həyətyanı sahələr artıq çirkab sulardan təmizlənib.