Astarada Qəzənfər Ağayevdən narazıçılıq artır
24-04-2013, 10:30
Oxunub: 5 527
Astara camaatı, xüsusən də dövlət büdcəsindən maliyyələşən idarə və müsisələrdə çalışanlar arasında ciddi narazılıq var və uzun müddətdi davam edən bu vəziyyət son həddə çatıb. Əslində bu narazılıq indiki icra başçısı Qəzənfər Ağayevə qədər də mövcud idi. Amma Qəzənfər Ağayevin Masallıdan transfer olunması ilə gərginlik daha da artdı. Hər halda Ağayevin Masallıdakı əməlləri bütün ölkəyə məlum idi.
Bu barədə dia.z-a Astara sakinlərinin bildirdiyinə görə, rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev bu vəzifəyə təyin olunduqdan sonra Astarada korrupsiya və rüşvətxorluq daha da tüğyan edir. Məlumata görə, xüsusən də Astara Təhsil Şöbəsindəki rüşvət yığımı bu şöbəyə aid müəssisələrdə çalışanları əməlli-başlı bezdirib. əslində yerli təhsil şöbəsinin müdiri də çarəsiz vəziyyətdədir. Çünki pullar birbaşa olaraq başçının adından yığılır.
Məlumatda bildirilir ki, Təhsil Şöbəsinə aid müəssisələrin rəhbərlərii tərəfindən yuxarının göstərişi nəticəsində işçilərin əmək haqqından 10 faiz tutularaq təhsil şöbəsinin baş mühasibinə verilir. O isə yığılan məbləği Astara rayon İcra Hakimiyyətinin başçısının birinci mavininə verir. Müavin isə həmin məbləğin böyük hissəsini icra başçısına çatdırır. İcra başçısının ən etibarlı adamı kimi tanınan birinci müavinin Təhsil Şöbəsinin başqa maxinasyalarının başında da dayandığı bildirilir.
Sakinlərin sözlərinə görə, artıq pul yığımından, maaşlarının kəsilməsindən yorulan təhsil işçiləri də sözü bir yerə qoyublar ki, bu seçki ilində icra başçısının təlimatlarına əməl etməsinlər. Hər halda müəllim və həkim heyətinin seçkidə hansı əhəmiyyəti daşıdığı hər kəsə aydındır. Bu isə o deməkdir ki, Qəzənfər Ağayev Astaradakı ilk seçkisində büdrəyə bilər.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq..
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər