BolgeXeber.Com » Bölgə » Yardımlı rayon İcra Hakimiyyətində qalmaqal

Yardımlı rayon İcra Hakimiyyətində qalmaqal

17-04-2011, 13:05
Oxunub: 6 439
Mühafizə xidmətinin əməkdaşları peşə fəaliyyəti ilə məşğul olan əməkdaşlarımıza mane oldular.

Bu gün Yardımlı rayon icra hakimiyyətində icra başçısı Xəzər Aslanovun qəbuluna gəlmiş vətəndaşlar qəbul otağının qabağında dalaşıblar. Maraqlıdır ki,baş verən səs-küyə və haray-qışqırığa heç kəs məhəl qoymayıb. Bu zaman olay yerinə gəlmiş əməkdaşlarımız qalmaqqalı lentə almaq istəyərkən isə,heç nəyi vecinə almayaraq müşahidəçilik missiyyasını həyata keçirən “Mühafizə Xidməti”nin yadına düşüb ki,ya bu biabırçılığın qarşısını almalıdı ya da jurnalistlər bu olayı ictimailəşdirəcəklər. O saat jurnalistləri “zərərsizləşdirmək” qərarına gəliblər.

Azərbaycan dövlətinin Yardımlı rayonu üzrə qulluğçusu Xəzər Aslanov isə sən demə elə bilirmiş ki, bu rayonun ağasıdır. Ona görə də biz icra başçısından fərqli olaraq onun səviyyəsinə enmək istəməsək də, onu cavabsız da qoymaq istəmədik.

Hörmətli Xəzər müəllim! Biz dəqiq bilirik ki, etdiyinz qanunsuz əməllər haradan, kimdən və nədən bəhrələnir. Sadəcə olaraq sizin utanmadan etdiyiniz əməlləri biz ifşa etməkdən utanırıq. Ona görə ki,utanırıq yazaq və dünya da bizə baxıb gülsün ki,bunların gününə bax ki,bir-iki qulluqçunun əlində aciz qalıblar. Ancaq yüz faiz deyə bilərik ki, Respublika Prokurorluğuna əməllərinizin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 163-cü maddəsinin tələblərini pozduğu haqda şikayət ərizəsi verdiyimiz anda,düşəcəksiniz adam axtarmağa və standart sözlərlə özünüzü müdafiə etməyə ki, “vallah tanımamışıq, bilməmişik” Bunu ona görə etməyəcəksiniz ki, guya bundan sonra Yardımlıda Avropa standartları uyğulamaq istəyirsiniz və yaxud bizdən qorxdunuz. Yox, yox, siz heç sizi təyin edən Prezidentdən qorxmursunuz o ki, qaldı bizdən...Sadəcə sizə deyəcəklər ki, “get, dil tap,şikayətlərini geri götürsünlər yoxsa heç nə mümkün deyil”

Maraqlıdır ki,iş öz məqamına çatanda qanunun qarşısında bu qədər aciz olduğunuz halda,digər vaxtlarda niyə belə təkəbbürlüsünüz? Niyə sakinlərinizin problemləri gəlib qapınızı da döyəndə vecinizə almırsınız? Vətəndaşlar gəlib qapınızın arxasıda biri-birlərini az qala didirlər, ancaq siz buna soyuqqanlılıqla yanaşa bilirsiniz. Ancaq jurnalistlər bunu qələmə alanda nəsə xoşunuza gəlmir?!

Ancaq sizə bir bəd xəbərimiz var.Yardımlıda etdiyiniz bütün əməllər lentə alınıb,nəinki bu olay hətta bütün etdikləriniz...Özü də böyük yerdən....Və siz əməllərinizə görə mükafat və cəzalarınızı alacaqsınız.